Erməni qadından ETİRAF: "Qayınatam Qarabağda hamilə azərbaycanlı qadınları işgəncə ilə öldürüb" - VİDEO


Son günlər sosial şəbəkələrdə Ukraynanın "CTB" telekanalında yayımlanan "Можливо все" (Hər şey mümkündür – red.) proqramının 2018-ci ildə efirə gedən növbəti verilişinə aid kadrlar yayımlanıb.Həmin kadrlarda I Qarabağ müharibəsində erməni silahlı birləşmələrinin dinc azərbaycanlılara qarşı necə vəhşiliklərin törədilməsi ilə bağlı bəzi etiraflar səsələndirilib.

Turkustan.az xəbər verir ki, verilişdə iştirak edən Qarabağdan olan erməni qadın ekstrasensin suallarını cavablandırıb. Ekstrasens qadına "sizin qohumunuz manyak idimi? sualını verib, daha sonra isə "onun boynunda onlarla insanın qanı var" söyləyib.

Erməni qadın isə cavabında "Qayınatam Qarabağ müharibəsində iştirak etmişdi və hamilə olanda mənə müharibə vaxtı hamilə qadınları işgəncə ilə necə öldürdüyünü danışırdı", - deyib. Qadın həmçinin qayınatasının bununla fəxr etdiyini bildirib.

Verilişdə qadının anası da iştirak edib. O da qızının dediklərini təsdiqləyərək qudasının müharibə qəhrəmanı olduğunu, azərbaycanlıları necə öldürdüklərini, hamilə qadınların qulaqlarını kəsməklə necə işgəncə vermələrindən danışdığını qeyd edib.

Verilişdə səsləndirilən fikirləri bu videodan izləyə bilərsiniz:

(sfera.az)


MANŞET XƏBƏRLƏRİ