Bin Ladenin oğlu NƏLƏR DANIŞDI: "Atamın qurbanlarından biriyəm" - FOTOLAR


Ömər Bin Laden 11 sentyabr hücumlarının memarı Usamə Bin Ladenin dördüncü oğlu olaraq doğulub və "terror imperiyasının" varisi kimi böyüyüb. Gənc yaşında bu həyatın ona uyğun olmadığını anlayan Ömər atasının yanından ayrılaraq özü üçün yeni bir həyata başlasa da, keçmişi onu heç vaxt tərk etmədi.

Evdəki xidmətçilərdən biri onun yanına gəlib atasının onu çağırdığını deyəndə o, nə olacağından xəbərsiz olaraq bağçaya tərəf yönəldi. Çölə çıxanda ilk diqqətini atasının yanında olan adamların əlindəki AK-47-lər çəkdi. Az sonra sevimli itləri bağçaya gətiriləndə dünyası çökdü. O, saxladığı itlər üzərində apardığı sınaqlarla silahın canlılara təsirini öyrənib. Dünya tarixinin ən böyük terror hücumlarından biri olan 11 sentyabr hücumlarının memarı Usamə Bin Ladenin övladlarından biri olan Ömər uşaqlıq illərində yaşadığısarsıdıcıhadisələrin öhdəsindən gələ bilməyib və " Mən atamın qurbanlarından biriyəm" deyərək bunun ona verdiyi təsirlərdən bir-bir danışıb.

Bu gün 41 yaşı tamam olan Ömər Bin Laden gənc yaşlarından silahlarla bağlı daim məlumatlı olduğunu,atasının bəzi adamlarınınsaxladığı itlərdən silah sınaqları üçün istifadə etdiyini bildirib. Ömər Bin Laden sözlərini belə davam etdirdi:

"Onları gördüm. Atamın dostu tərəfindən mənə hədiyyə edilən itim Bobbi üzərində silahlarını sınadılar.Buna etiraz etməyimə əhəmiyyətvermədilər və atamın əmri olduğunu söylədilər."

Ömrünün çox hissəsini hərəkətdə keçirdiyini ifadə edən Ömər Bin Laden, "Uşaqlığım gizlənərək bir yerdən başqa yerə köçməklə keçdi. Heç vaxt bir yerə qoşula bilməmişəm" dedi.

GƏNC YAŞINDA ATASIZ QALDI

Usamə Bin Ladenin birinci həyat yoldaşından dördüncü oğlu olan Ömər Bin Laden 1981-ci ildə anadan olub. Sovet İttifaqının Əfqanıstanı işğal etməsindən sonra başlayan müqavimət çətin coğrafi şəraiti ilə tanınan Əfqanıstana "mücahidlərin" böyük bir köçünü başlatdı. Əl-Qaidə belə bir atmosferdə quruldu. Usamə Bin Laden ABŞ əleyhinə çıxışlarına görə Səudiyyə Ərəbistanından sürgün edilib və 1992-ci ildə Sudanda məskunlaşıb. ABŞ-ın təzyiqi ilə 1996-cı ildə buradan ayrılaraq Əfqanıstana gedib və Əl-Qaidə əməliyyatlarına rəhbərlik edib. Bir müddət sonra Ömər Bin Laden atasından fərqli bir yolla getməyə qərar verdi və daha belə bir həyat sürə bilməyəcəyini deyərək Usamə Bin Ladendən ayrılıb.

Bu gün sənətçi kimi həyatını davam etdirən Ömər Bin Laden zaman-zaman Avropa şəhərlərində açdığı sərgilərlə gündəmə gəlməyə başlayır. Oğul Laden rəsmlərini 8 min 500 dollara sataraq həyatınadavam edir."Gündən-günə çox məşhur bir sənətkar oldum" deyən Ömər Bin Laden Əfqanıstan keçmişindən sonra ən çox dağlarda işləməyi xoşladığını ifadə edərək, "Dağlarda özümütoxunulmaz hiss edirəmvə mənə güvən verir. Ona görə də ən çox onlarla işləməyi xoşlayıram", - deyə o bildirib.

Ömər Bin Laden 2006-cı ildə özündən 25 yaş böyük Ceyn Feliks Braun ilə ailə həyatı qurub. 51 yaşlı və 5 dəfə evlənən Braun daha sonra İslamı qəbul edib və adını dəyişərək Zeynə olub. Bu gün Fransanın şimalındakı Normandiya bölgəsində yaşayan cütlük İngiltərəyə yerləşmək üçün viza müraciətlərinin nəticəsini gözləyir.

Hələ 15 yaşında ikən atasının "mirası" davam etdirmək üçün seçildiyini bildirən Ömər Bin Laden, "Atam heç vaxt məndən "Əl-Qaidə"yə qoşulmağı tələb etməyib. Lakin işini davam etdirmək üçün məni seçdiyini dedi". Bunu istəmədiyini atasına deyən Ömər Bin Laden, "Ona belə bir həyata uyğun olmadığımı söylədim. O bunu eşidəndə məyus oldu".

Atasının etdiyi işi düzgün saymadığını bildirənÖmər Bin Laden 11 sentyabr hücumlarından bir müddət əvvəl atası ilə yollarını ayırıb. Laden "Bütün bunlar baş verməmişdən əvvəl atamla sağollaşdım və ondan ayrıldım. "O, mənim onu ​​tərk etdiyim üçün çox bədbəxt görünürdü" dedi. Ömər Bin Laden atası 2011-ci ildə Pakistanda öldürülənə qədər heç vaxt atası ilə görüşməyib.

DƏNİZƏ ATILDIĞINA İNANMIRAM

Atasının ölümündən danışan Ömər Bin Ladenin iddiaları da kifayət qədər diqqəti çəkir. Laden deyib: "Mən bilmirəm, ona nə ediblər". Ömər Bin Laden atasını hələ də sevib-sevmədiyini soruşduqda, "Nə olursa olsun, ailə həmişə ailədir" cavabını verib. Əl-Qaidə və atasından uzaqlaşdıqdan sonra yeni həyata addım atacağına və problemləri arxada qoyacağına inandığını dilə gətirən Ömər Bin Laden bu vəziyyətin heç də gözlədiyi kimi inkişaf etmədiyini, hətta insanların ona qərəzlə yanaşdığını bildirib."Bin Laden" adına görə…

Həyatını davam etdirmək üçün narkotik qəbul etməsi lazım olduğunu ifadə edən Ömər Bin Laden, uşaqlığı Əl-Qaidə ilə əhatə olunmuş bir mühitdə keçirdiyi üçün keçirdiyi travmaların həyatına təsir etdiyini və hələ də bu problemlərlə mübarizə apardığını bildirib və əlavə edib: "Bütün pis anları unutmağa çalışıram. Bu, çox çətin bir şeydir. Siz hər zaman əziyyət çəkirsiniz.".

Usame Bin Ladinin oğlu yıllar geçse de unutamadı Babamın kurbanlarından birisiyim

Usame Bin Ladinin oğlu yıllar geçse de unutamadı Babamın kurbanlarından birisiyim

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ