Sürücülərin NƏZƏRİNƏ: bu yollarda tıxac var


Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Bu barədə Turkustan.az -a Mərkəzdən bildirilib.

Hazırda bu yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

- Bakı-Sumqayıt şosesi – "20 Yanvar" metrostansiyası istiqamətində;

- Binəqədi şosesi - "Azadlıq prospekti" metrostansiyası istiqamətində;

- 20 Yanvar dairəsində;

- Tiflis prospekti - "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;

- Əbdülvahab Salamzadə küçəsi - Ziya Bünyadov prospekti istiqamətində;

- Badamdar şossesi - Mərkəz istiqamətində sıxlıq;

- Koroğlu Rəhimov küçəsi - Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;

- Bakıxanov küçəsi - "Dədə Qorqud" parkı istiqamətində;

- Heydər Əliyev prospekti - Köməkçi yol, mərkəz istiqamətində;

- Sabunçu-Zabrat şosesi - "Koroğlu" metrostansiyası istiqamətində;

- Mikayıl Əliyev küçəsi - Neft Emalı Zavodunun yanından "Koroğlu" metrostansiyası istiqamətində (dairəyə qədər);

- Qara Qarayev prospekti – "Qara Qarayev" metrostansiyasından "Koroğlu" metrostansiyası istiqamətində;

- 28 May və Dilarə Əliyeva küçələri - Rəşid Behbudov küçəsi istiqamətində;

- Rəşid Behbudov küçəsi - Mərkəzi Bank istiqamətində;

- Zərifə Əliyeva küçəsində;

- Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti istiqamətində;

- Üzeyir Hacıbəyli küçəsi - Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

- Afiyəddin Cəlilov küçəsi - Yusif Səfərov küçəsi istiqamətində;

- Babək prospekti - Mərkəz istiqamətində;

- 8 Noyabr prospekti - Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində.


MANŞET XƏBƏRLƏRİ