Ermənistanın müdafiə naziri: "Müharibənin yenidən başlamaq təhlükəsi var"


"Müharibənin yenidən başlamaq təhlükəsi var".

Turkustan.azxəbər verir ki, bu sözləri Ermənistanın müdafiə naziri Suren Papikyan jurnalistlərin yeni eskalasiyanın mümkünlüyü ilə bağlı sualını cavablandırarkən deyib.

Eyni zamanda, Ermənistanın müdafiə naziri məlumatın məxfiliyini əsas gətirərək Hindistandan "Konkurs ПТРК" sisteminin alınması ilə bağlı məlumatı şərh etməkdən imtina edib.

Qeyd edək ki, hər gün Ermənistan silahlı qüvvələri və Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərzilərindəki qanunsuz erməni silahlıları Azərbaycanın mövqelərini intensiv atəşə tutur. Ermənistan Müdafiə Nazirliyi isə atəşin Azərbaycan Silahlı Qüvvələri tərəfindən açılması haqqında dünyaya car çəkir.

Mübariz/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ