"Azərbaycan rəsmiləri ilə Qarabağdakı ermənilər arasında başlanmış dialoq davam etdirilməldir" – Nazir


"Azərbaycan post-münaqişə ərazilərində yaşayan erməni əsilli vətəndaşlarını özünün siyasi, iqtisadi və sosial məkanına yenidən inteqrasiyasında qətiyyətlidir".

Bu fikirləri ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında çıxış edən xarici işlər naziri Ceyhun Bayramov deyib.Nazir

Nazir qeyd edib ki, Azərbaycan həmin ermənilərin Azərbaycanın bütün vətəndaşları ilə eyni hüquq və azadlıqlara malik olacağına təminat verir.

"Azərbaycan Respublikasının Konstitusiyası bu mənada möhkəm hüquqi çərçivə təmin edir. Ötən aylarda Azərbaycan hökumətinin rəsmiləri ilə yerli etnik erməni sakinlər arasında artırılmış dialoq və əlaqələr dəstəklənməli və davam etdirilməldir" – deyə nazir vurğulayıb (APA).


MANŞET XƏBƏRLƏRİ