Baş nazirə bombalı bağlama göndərdilər


İspaniyanın baş naziri Pedro Sançesin ofisi baş nazirə içərisində partlayıcı qurğunun olduğu bağlamanın göndərildiyini təsdiqləyib. Bu barədə "Reuters" İspaniya Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Agentlik aydınlaşdırır ki, noyabrın 24-də Sançesin ofisinə noyabrın 30-da Madriddəki Ukrayna səfirliyində əvvəllər partlamış bağlamaya bənzər partlayıcı qurğu daxil olub.

İspaniya Daxili İşlər Nazirliyi diplomatik binaların ətrafında və ictimai yerlərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməli olduğunu vurğulayır.

Qeyd olunur ki, bu, dördüncü analoji hadisədir. Bundan əvvəl İspaniyanın Torrexon-de-Ardoz hərbi aviabazasında üzərində bomba olan bağlamanın tapıldığı bildirilirdi. Bundan əvvəl Saraqosada yerləşən Instalaza silah şirkəti də oxşar paket almışdı.

Педро Санчес

Turkustan.az


MANŞET XƏBƏRLƏRİ