Beyin çipinin insan üzərində sınaqları başlayır - ELAN EDİLDİ/VİDEO


İnsan beyninə yerləşdiriləcək çip sayəsində insanlarla kompüterlər arasında birbaşa əlaqə yaratmaq məqsədi ilə yola çıxan İlon Maskın Neuralink layihəsi 2020-ci ildə heyvanlar üzərində sınaqdan keçirilib.

Turkustan.az xarici mediaya istinadla xəbər verir ki, insanları və kompüterləri birləşdirmək üçün ultra yüksək zolaqlı beyin-maşın interfeyslərini inkişaf etdirməyə çalışan Neuralink beyin pozğunluqlarını müalicə etməyə, insan beynini qorumağa və təkmilləşdirməyə kömək edəcək və nəticədə insanları süni intellektlə birləşdirəcək.

Elon Musk beyin kompüter interfeysi Neuralink təşəbbüsü üçün yeni bir təqdimat tədbiri təşkil etdi və bəzi açıqlamalar verdi.

Yeni tədbir keçən il ağlını istifadə edərək video oyunlar oynaya bilən meymunun təqdim edilməsindən sonra keçirilən ikinci böyük tədbirdir.

İnsanlar üzərində sınaq başlayır

Elon Musk şirkət tərəfindən hazırlanmış beyin çiplərinin artıq insanlar üzərində sınaqdan keçiriləcəyini açıqlayıb.

Musk, Neuralink tərəfindən hazırlanan və beyinə implantasiya edilən çipin insan sınaqlarının 6 ay ərzində başlamasını gözlədiklərini söylədi. Bununla belə, bu testlərə başlamazdan əvvəl ABŞ Qida və Dərman Administrasiyasından icazə alınmalıdır.

Elon Mask iddia edir ki, gələcəkdə korluq və depressiya kimi xəstəliklər implantları beyinə daha dərindən yerləşdirə bilsələr, Neuralink ilə müalicə edilə bilər.


MANŞET XƏBƏRLƏRİ