Azərbaycanda yağışlı hava nə qədər davam edəcək? - Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ


Bakıda və Abşeron yarımadasında dekabrın 2-də gözlənilən qısa fasilədən sonra dekabrın 3-dən 7-dək fasilələrlə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yarımadanın bəzi ərazilərində yağıntının intensivləşəcəyi ehtimalı var.

Şimal-şərq küləyi arabir 15-17 m/s-dək güclənəcək. Havanın temperaturunun 2-3 dərəcə enərək, 5-8 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 2-də gözlənilən qısa fasilədən sonra dekabrın 3-dən 7-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.

Şimal-şərq küləyi arabir 15-17 m/s-dək güclənəcək.

Havanın temperaturu 2-3 dərəcə enərək, aran rayonlarında 7-12 dərəcə isti, dağlıq rayonlarda 0-5 dərəcə şaxta olacağı gözlənilir.

Çaylarda sululuğun artacağı ehtimal olunur.


MANŞET XƏBƏRLƏRİ