Xəstəxanada DAVA: "Arvadıma kişi həkim baxmasın" deyib həkimin burnunu sındırdı - FOTOLAR


Türkiyənin İzmir şəhərində həkim-ginekoloq vəzifəsində çalışan Furkan Balcı xəstənin əri tərəfindən döyülüb. Belə ki, xəstəxanaya gələn M.A.K. həyat yoldaşı A.K.-nın (adlar şərtidi) müayinə olunmasını istəyib. Həkim kişi olunca, narazılıq yaranıb və aləm qarışıb... Qadının həyat yoldaşı qadın həkim tələb edib.

Turkustan.azxəbər verir ki, Türkiyənin İzmir şəhərində yaşanan hadisə, saat 14.00 radələrində Tepecik Doğum Xəstəxanasında meydana gəlib. İddiaya görə, doğum həkimi Furkan Balcı və həyat yoldaşı A.K.-nın müayinəsində qadın həkim tələb edən M.A.K. arasında mübahisə yaranıb. Qısa müddətdə müzakirə böyüyərkən M.A.K həkim Balcıya yumruq atıb.

Burnu qırılan Balcı müalicə olunarkən M.A.K. polis tərəfindən yaxalanıb. Hadisə ilə bağlı polis tərəfindən araşdırmalar davam etdirilir.


VANDALLIK! Son dakika:

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ