ABŞ-ın yeni planı: Gürcüstanı vasitəçi kimi önə çıxarır


Tbilisidə səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

Bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüşdə ABŞ və Gürcüstan arasında strateji əməkdaşlığa dair müzakirələr aparılıb.

Məlumatda qeyd olunub ki, söhbət zamanı Cənubi Qafqazda təhlükəsizlik vəziyyətinə və Gürcüstanın Ermənistan və Azərbaycan arasında vasitəçilik roluna da toxunulub.

Qeyd olunub ki, İrakli Qaribaşvili müzakirələrin istənilən münaqişənin həlli və irəliyə addım üçün yeganə yol olduğunu deyib.

Görüşdə ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan da iştirak edib.

"Gürcüstan regional sülh, sabitlik və qarşılıqlı əlaqə baxımından vacib önəm daşıyır". Baş müşaviri Filip Riker deyib ki, "Mən ötən il burada (Tbilisidə) olarkən Gürcüstanın liderləri ilə qonşularınız Azərbaycan və Ermənistan arasında vasitəçilik etmək üçün yaxından işlədim. Baş nazir İrakli Qaribaşvili saxlanılanların azad olunması və döyüş bölgələrində minaların yerləri ilə bağlı (məlumat) paylaşımında əvəzolunmaz rol oynadı. Avropa İttifaqının Monitorinq İmkanına dəstək verməsi ilə Gürcüstan regional təhlükəsizliyə töhfə verməyə davam edir və mən Baş nazirlə regional məsələlərin müzakirəsi üçün görüşməkdən məmnunam".


MANŞET XƏBƏRLƏRİ