Rusiya prezidenti Vladimir Putin Ermənistana səfəri zamanı Xankəndindəki separatçı-terrorçu rejimin “rəhbəri” Araik Arutyunyanla görüşüb.
Turkustan.az xəbər verir ki, bu iddia ilə “Joxovurd” qəzeti çıxış edib.
İddiaya görə, noyabrın 23-də Ermənistana səfər edən Putin İrəvandakı “Dvin” otelində Arutyunyanı qəbul edib.
Separatçı rejim isə bu iddianı təkzib edib, həmin vaxt Arutyunyanın Xankəndində olduğunu bildiriblər. (publika.az)