Türkiyə mediası: Türkiyəyə qarşı qalmaqallı film azərbaycanlıları qəzəbləndirdi - VİDEO


Almaniyanın Bakıdakı səfirliyinin İraqda kürd əsgərlərinə təlim keçən alman əsgərindən bəhs edən Türkiyə əleyhinə "Bacılar Ayrı" filminin nümayiş olunacağı barədə açıqlaması azərbaycanlıların reaksiyasına səbəb olub.

Turkustan.azxəbər verir ki, filmin nümayiş olunacağı məkanın qarşısına toplaşan etirazçılar "Terrora son", "Yaşasın Azərbaycan, Türkiyə" kimi şüarlar səsləndiriblər.

Almaniyanın Bakıdakı səfirliyinin Türkiyə əleyhinə "Bacılar Ayrı" filminin nümayiş olunacağını bildirməsi Azərbaycanda hiddət yaradıb.

FİLMİN GÖSTƏRİLMƏSİNƏ ETİRAZ ETDİLƏR

Filmin nümayiş olunacağı məkanın qarşısına toplaşan azərbaycanlı etirazçılar "Terrora son", "Yaşasın Azərbaycan, Türkiyə" kimi şüarlar səsləndiriblər. Etiraz aksiyasında heç bir insident baş verməyib.

Filmin süjeti

Digər tərəfdən, Azərbaycan kinoteatrları sözügedən filmi yayımlamaqdan imtina ediblər. Filmdə alman silahlı qüvvələrinin əsgəri Rojda Hani İraqda kürd əsgərlərinə İŞİD-ə qarşı döyüşmək üçün təlim keçir. Ancaq heç kim bilmir ki, o, əslində itkin düşən bacısı Barivanı axtarırmış. Bundan başqa, filmdə türk əsgərləri qəddar, qaniçən, məkrli "potensial düşmən" kimi göstərilir.

Hazırladı: Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ