Müharibənin ağırlığı: Həkimlər telefon işığında... - VİDEO


Fevral ayından bəri davam edən Rusiya-Ukrayna müharibəsində müharibənin ağırlığını ortaya qoyan görüntü ortaya çıxıb. Rusiya ordusunun elektrik stansiyalarını hədəfə alması nəticəsində bölgədə elektrik problemi olan xəstəxanalarda həkimlərin telefon işıqlarının köməyi ilə əməliyyat keçirdikləri anlar kameraya düşüb.

Turkustan.azxəbər verir ki, fevralın 24-dən bəri davam edən Ukrayna-Rusiya müharibəsində gərginlik davam edir. Cəbhədə Rusiya ordusu ilə Ukrayna qüvvələri arasında müharibə davam edərkən bölgədən qan donduran görüntülər gəlməkdə davam edir.

HƏKİMLƏR CƏRRAHİYYATDA TELEFON İŞARAQLARIDAN İSTİFADƏ EDİRLƏR

Rusiya ordusunun Ukraynanın kritik enerji infrastrukturlarına qarşı həyata keçirdiyi raket hücumları səbəbiylə elektrik enerjisinin kəsilməsinin davam etdiyi bölgələrdə səhiyyə sektoru da mənfi təsirləndi. Xəstəxanaların əksəriyyətində generator sistemlərinin kifayət qədər olmaması və ya nasaz olması səbəbindən səhiyyə xidmətləri də dayandırılıb. Kəsiklər zamanı əməliyyat olunan ukraynalı həkimlər əməliyyatlarını telefon işıqları ilə davam etdirməli olurlar.

RUS ORDUSUNUN YENİ HƏDƏFİ: ELEKTRİK STAMSİYALARI

Digər tərəfdən, Rusiya əsgərlərinin Ukraynadakı elektrik stansiyalarını hədəf alması səbəbindən uzun müddətdir ki, bölgədə enerji problemi yaşanır. İş o yerə çatıb ki, elektrik stansiyalarının hədəfə alınması ilə əlaqədar olaraq qonşu Moldovada bütün ölkədə elektrik enerjisinin kəsilməsi yaşanır.

Hazırladı: Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ