Tədqiqatçılar narahatdır: Heyvanlardan insanlara keçən yeni virus aşkarlandı


Çinin Yunnan əyalətində çalışan elm adamları yarasalarda və insanlarda xəstəliyə səbəb ola biləcək yeni virus növü tapdıqlarını bildiriblər.

Turkustan.azxəbər verir ki, tədqiqatçılar BtSY2 adlı yeni virusun Kovid-19-a səbəb olan SARS-CoV-2 ilə eyni ailədən olduğunu bildirdilər.

Çində viruslar üzərində çalışan elm adamları yarasalarda və insanlarda xəstəliyə səbəb ola biləcək bir virus növü kəşf etdiklərini açıqladılar. Açıqlamada yeni virusun adının BtSY2 olduğu açıqlansa da, virusun Kovid-19 ilə eyni ailədən olduğu da bildirilib.

5 YENİ VİRUS TAPILDI

Tədqiqat aparan elm adamları xüsusilə kənd təsərrüfatı heyvanlarını yoluxdurduğu güman edilən 5 yeni virus kəşf etdiklərini ifadə edərək, "həm SARS-CoV-2, həm də SARS-CoV ilə yaxından əlaqəli olan beş yeni virus növü müəyyən etdik. İnsanlar və ya ferma heyvanları üçün yoluxucu olması,bunların ən narahatedicisi BtSY2 adlı virusdur."

100-DƏN ÇOX YARASADAN NÜMUNƏ ALINDI

Digər tərəfdən, tədqiqatçılar Çinin Yunnan əyalətindəki altı şəhərdən 15 növü təmsil edən 149 müxtəlif yarasadan rektal nümunələr topladıqlarını bildirdilər.

Hazırladı: Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ