Aqil Məmmədov: "Müdafiə xərclərimizin artırılması yeni dövrün tələbidir"


"2023-cü ilin büdcə lahiyəsi çox mükəmməl, zəngin və maliyyə tutumlu bir lahiyədir. Bu, cənab Prezidentin apardığı uğurlu, balanslı daxili və xarici siyasətin yaratdığı reallıqlara söykənən bir büdcə layihəsidir".

2023-cü ilin büdcə layihəsi haqqında fikirlərini bölüşən Milli Məclisin deputatı Aqil Məmmədov bildirib ki, təqdim olunan sənəd möhkəm təməl üzərində qurulmuş çoxşaxəli iqtisadi sistemin müsbət göstəricisidir: "Ən əsası isə sosial yönümlü olmaqla vətəndaşlarımızın rifahının yaxşılaşmasına xidmət göstərəcək bir lahiyədir. Ona görə məndə bu qanun lahiyəsini dəstəkləyirəm və lehinə səs verəcəm".

Millət vəkilinin sözlərinə görə, artıq, dövlət büdcəsində hərbi xərclərin ilbəil artırılması bir ənənə halını alıb: "Bəlkə də, 2 il əvvəl düşünə bilərdik ki, bundan sonra regionda düşmənçiliyə, müharibəyə son qoyulacaq, dövlət öz büdcələrini hərbi sahədən daha çox social-iqtisadi sahəyə, quruculuğa yönəldəcəklər. Cənab Prezidentin apardığı siyasət məhz bu prinsipə söykənir. Amma, bu gün görünən odur ki, 30 il Azərbaycan torpaqlarını işğal altında saxlamış Ermənistanda dövlət səviyyəsində revanş götürmək cəhdləri hər keçən gün artır. Ermənistan ağır durumda olmasına baxmayaraq əlində-ovcunda olan vəsaiti belə silahlanmaya, ayrı-ayrı ölkələrdən yeni silahlar almağa sərf etmək niyyətindədir. Eyni zamanda, hazırda Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərinə intensive şəkildə müxtəlif növ silahlar daşınır, burada qanunsuz erməni silahlı dəstələri tərəfindən mövqelər qurulur. Və bu işlərdə Ermənistanı yaxından, uzaqdan bir sıra dövlətlər dəstəkləyirlər.

Belə bir şəraitdə Azərbaycanın öz hərbi büdcəsini yenidən artırması zərurətə çevrilir. Müdafiə xərclərinin artırılması yeni dövrün tələbidir. Hərbi Artıq, Azərbaycan Prezidenti bir neçə dəfə bildirib ki, hədbir xərclər lazım olduğu səviyyədə artırılacaq. Cənab Prezident bildirmişdir ki, "Nə qədər lazımdırsa, o qədər də artıracağıq. Çünki biz müharibə nədir, işğal nədir yaxşı bilirik və təhlükə nədir onu da yaxşı bilirik. Hər an hazır olmalıyıq ki, öz hüququmuzu istənilən yolla təmin edək".

A.Məmmədov bildirib ki, Milli Məclis və hökumət də ölkə Prezidentinin bu fikirlərinə dəstəyini ifadə edərək 2023-cü il üçün hərbi xərclərin artırılmasına lazımi dəstəyi verməlidir: "Hərbi xərclərimizin artırılması təkcə, yeni silahların alınması ilə bağlı deyil. Bu gün azad edilən yüksəkliklərə, çətin relyefdə yerləşən mövqelərə təminat yollarının çəkilməsi, həmin mövqelərin həyati infrastrukturla təmin edilməsi də ordumuzun büdcəsinin üzərindədir. Ordumuzun işğaldan azad edilmiş torpaqlarda möhkəmlənməsi Böyük Qayıdışın əsas təminatçısıdır. Prezident İlham Əliyevin Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair birinci dövlət proqramınını qəbul edilməsi üçün imzaladığı sərəncam keçmiş məcburi köçkünlər tərəfindən böyük ruh yüksəkliyi və sevinclə qarşılanıb. 2023-cü ilin dövlət büdcəsinin bu cür mükəmməl hazırlanmasına və Böyük qayıdışa dair qəbul edilən Dövlət proqramına görə cənab Prezidentə və bütün hökümət qurumlarına təşəkkürümü bildirirəm".


MANŞET XƏBƏRLƏRİ