Gültəkin Hacıbəyli haqqında niyə axtarış elan olunub?


Barəsində xüsusi ittiham qaydasında şikayət verilən Gültəkin Hacıyəbli bu ilin oktyabrın 10-da axtarışa verilib.

Bu barədə Nəsimi rayon Məhkəməsindən bildirilib.

Qeyd olunub ki, Gültəkin Hacıbəylinin barəsində xüsusi ittiham qaydasında şikayət bu ilin sentyabrında Nəsimi rayon Məhkəməsinə daxil olub. İlkin hazırlıq iclası sentyabrın 5-nə təyin olunub.

Amma Gültəkin Hacıbəyli həmin gün məhkəmənin çağırışına gəlməyib. Bundan sonra sentyabrın 12, 21 və 28-nə məhkəmənin hazırlıq iclasları təyin olunsa da, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin məhkəməyə gəlmədiyi məlum olub.

"Sentyabrın 28-də keçirilən hazırlıq iclasına da barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs gəlməyib. Oktyabrın 10-da keçirilən prosesə də Gültəkin Hacıbəylinin gəlmədiyi məlum olub və onun barəsində məhkəmə axarış verib" – deyə məhkəmədən bildirilib.

***

10.00

Sabiq deputat, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli sərbəst buraxılıb.

Gültəkin Hacəbəyli Nəsimi rayon Məhkəməsinə təqdim olunub. Hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə o, sərbəst buraxılıb.

Növbəti proses dekabrın 8-.ə təyin olunub.

Qeyd edək ki, Gültəkin Hacıbəyli xaricdən ölkəyə qayıdarkən Bakıda hava limanında saxlanılıb.

09.27

Sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli saxlanılıb.

Teleqraf.com xəbər verir ki, o, xaricdən ölkəyə qayıdarkən Bakıda hava limanında tutulub.

Ona bildirilib ki, barəsində cinayət işi başlanıb.

Belə ki, ötən ay G.Hacıbəylidən Cinayət Məcəlləsinin 147.2 (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə şikayət olunub. Onun barəsində xüsusi ittiham qaydasında cinayət işi açılıb.

Məlum olub ki, G.Hacıbəyli Nəsimi Rayon Məhkəməsi tərəfindən axtarışa verilibmiş. Hazırda G.Hacıbəylinin Nəsimi Rayon Polis idarəsində olduğu, məhkəməyə təqdim olunacağı bildirilir.


MANŞET XƏBƏRLƏRİ