Mərv ilə Xorasan arasındakı yolda şəfqətə, məhəbbətə xatirə 

Mərv ilə Xorasan arasındakı yolda şəfqətə, məhəbbətə xatirə 

No description available.

Minaxanım Təkləli
professor

 Müasir Türkmənistan ərazisində hazırda salamat qalan karvansaralar içində zamanın hökmünə belə baş əyməyən Dayə xatun abidəsinin(9 əsr) tayı-bərabəri yoxdur. Karvansaralar kübar təbəqə üçün nəzərdə tutulmuşdu. İpək yolunun öz əhəmiyyətini itirməsiylə bu qonaq evləri də karvansaralar da öz rolunu qeyb edir. Sonrakı illərdə  burada - Mərv ilə Xorasan arasındakı yolda səyyahlar məhz burada daldanacaq tapırdı. Yaqut Həməvi kimi şöhrətli qonağı olacaqdı əsrlər sonrası. Get gedə isə daha çox hərbi düşərgə kimi fəaliyyət göstərmiş  və ya dahagec-gec görünən nadir yolçular burada mənzil salırdılar. Əlbəttə saraylar uçacaq, qalalr yıxılacaq,  toza dönəcək. Lakin söz qalacaq Dayə xatun əfsanəsi dildən dilə keçəcək; söz adı ilə ucalacaqdır. 

Qızıl gül qönçəsi vaxtı-vədəsi çatanda necə açıb pardaxlanarsa Təkə türkman tayfasının el bəyi Qaryağdının qızı on dörd yaşına girəndə eynən bahar bağçalarının ilk açan qızıl gülünü andırırdı.

Ceyhun çayı sol sahili ilə cənnət vadilərində yetişən bu qızılgülün sorağı qasırğa sürətilə, ayaqdan iti qaraçubuq  atlarını ötən bir sürətlə ellərə yayıldı. Əsil adı Güzidə Ay Bikə olan bu qızcığaz  Dayə xatun ləqəbi ilə məşhurlaşdı, ad aldı sonralar. Xasiyyətinə, əməlinə görə hamı  onu belə çağıracaqdı, müəllim, hami, rəhbər, çələbi mənasına gələn dayə “himayədar”(dayı, dayılıq etmək də bu sözlə bağlıdır) beləcə də öz beşik adı unudulub gedəcək, Dayə xatun adı qalacaqdı tarixdə. Amma bu vaxta hələ vardı. Gələn elçiləri bir-bir vərəvürd edən Təkə türkman bəyi Qaryağdı diqqətini bir gəncin elçi heyəti üzərində cəmləşdirmişdi və buna görə gənc bahadır Cümə Murad xanın elçilərini bir neçə gün də qonaq saxladılar... Bir yandan Qızılqum, o biri yandan Qaraqum səhrasının yayılıb getdiyi Ceyhun qıyılarından gələn qonaq elçilər işin yaxşılığa getdiyini hiss etməmiş deyildilər; amma niyə birdəfəlik razılıq verilmədiyinin müəmmasında idilər. Tezliklə məlum oldu ki, gənc xanın özünün də burada olmasını istəyirlər. Xana xəbər getdi... Deyirlər,  Ay Bikənin anası gələcək kürəkəni Cümə Murad xanla şərtini belə kəsib ki, kürəkən Güzidə Ay Bikənin üstünə heç vaxt evlənməyəcək. Bircə təvəqqəsi də bu imiş ananın. 

No description available.

Budur, toy hazırlığı bitməkdədir; gəlin alayının yol tədarükü başlamışdı. Lakin 14 yaşli Güzidə Ay Bikə süd bacısından ayrıla bilmirdi, gözünün yaşını sel kimi axıdırdı: Oğul-Camal da mənimlə getsin, deyib sızıldayırdı. Anası onun uşaqlıq dostundan ayrıla bilmədiyini yaxşıca görürdü. Ay qızım, ürəyim, axı Oğul-Camal da 1-2 ilə gəlin getməli, onun indi daha sənə nədimlik edən vaxtı deyil, öz evi, yurdu-yuvası olmalıdır. Amma Ay Bikə səkkiz hörüyə zorla sığışan saçlarını silkələyərək: yox... yox, mən onsuz bu evdən çıxmaram, dedim axı. Ana nəvazişlə onun saçbağına düzülən qızıl piləklərin üstünə əl gəzdirərək qızının hikkə ilə başını silkələrkən onların pozulmuş səliqəsini sahmana saldı, sanki bu tumarı ilə gənc qızın kükrəyən əsəbinin üstünə sığal çəkib onu sakitləşdirəcəkdi. Ama ana da çox inad etmədi, həm də  qızının getdiyi Ləbab vilayətinin uzaqlığı da onu kövrəltdiyindən ana qəlbi yumşaldı, istər-istəməz buna razılıq verdi. Qoy qızı orada tək qalıb evin xiffətini çəkməsin...

Toydan sonra təzə məskənində iki il necə keçdi... bilmədi. Amma dadlı bir röya kimi keçdiyi məlim idi. Qəribədir, səadət anlarında göz qırpımı kimi keçərmiş zaman... Arabir bu səadətli anları kənardan vurulan eyhamlar pozurdu, yaxınların əndişəli-fikirli simalarını gördükcə Ay Bikənin qəlbi sıxılırdı. Öz cavan, qayğısız ürəyi də nisgillə çırpınırdı: eyhamlarda mənalı - mənalı onunla eyni fəsildə toyları olan tanıdıqları gəlinlərin-yaşıdların qucağında bala uyutduqlarını çatdırırdılar . Hələ ki, qürurunu sındırıb övlad istədiyini dilinə gətirməyən əri Cümə Murad kimi özü də “biz hələ özümüz uşaqıq” deyib gülüb keçirdi. 

Lakin gözlənimədik bir gündə ana olacağını hiss etdi, bu sevinci tək daşımayacağını bilirdi, amma tam əmin olsun deyə bir neçə həftə gözlədi. Artıq yavaş- yavaş digər əlamətlər də özünü göstərirdi; səbəbsiz halsızlıq onu bürüyürdü. Bir dəqiqə ondan qopmayan bacılığına mütərəddid bir baxışla: deyəsən, uşağa qaldım, deyib başını onun çiyninə qoydu. Oğul Camal onun gözlədiyindən çox sevindi, elə sevincək də pilləkənləri bir nəfəsə düşüb qalxaraq hər kəsə bu müjdəni çatdırdı. Axşamı böyüklər ürəklərindən coşub daşan fərəhi boğaraq ağır ağır: yeni sarayı tikdirməyi, gənc ailəni ayrıca yeni evə köçürməyi planlaşdırdılar. Amma bu işi günlərin-həftələrin arxasına da atmadılar. Həmən yeni evin inşasına başlandı: Ay Bikənin ev sarıdan bir arzusu vardı:  üst mərtəbədə böyük eyvan olmasını istəyirdi... Öz ata evindəki kimi o bu geniş eyvanda gül-çiçək bağçası da salacaqdı.  Ev tikilib qurtaranda gəlin xanımın boylu olduğu həmən gözə dəyirdi artıq. Dediyi kimi də etdi; eyvanda zərif qırxqat qızıl güllər, qərənfillər, şəbbu, ağ ləçəklərinə qan çilənmiş kimi dəstə-dəstə çiçək dəmətini andıran ulduz  çiçəkləri əkilmiş dibçəklər bir balaca bağçanı andırırdı. 

Azad olmağa sayılı günlər qalırdı, amma Cümə Muradı daha az-az görməsi, görərkən də sevgilisinin fikirli, mütərəddid halı onu düşündürsə də, bundan artıq məşğul etmirdi. Bütün fikri-zikri bətnində hər an varlığını hiss etdiyi yavrucağının yanında idi. Onu elə tez görmək istəyirdi ki... Bu gün də səhərdən narın qar yağırdı, dünənki soyuq hava sanki yağan qarla hirsini-hikkəsini kəsmişdi. Amma Murad başının dəstəsi ilə ovda idi, dünən getmişdilər, onları 4-5 gündən tez gözləmirdilər. 

Geyməsinin üstündən isti çapanını əyninə alıb eyvanda var-gəl edirdi, gah da dayanıb naxışlı ağac sütuna çiynini verib uzaqlara baxır, qarlı yolda bir qaraltı sezməyə can atırdı. Hava qaralıb tündləşəndə artıq otağa keçdi. Gecə yarıdan keçmişdi, yuxunun şirin vaxtında elə bil yoldan dönən buna görə fınxırtısından sevinc, razılıq axan atın səsini və az sonra pilləkənlə qalxan yavaşca addım səslərini eşidər kimi oldu.

(ardı var)

MEDİA Agentliyi “Media haqqında” qanun layihəsinin ictimai müzakirəsinin  təşkili ilə bağlı fikirlərə münasibət bildirib - AZƏRTAC – Azərbaycan  Dövlət İnformasiya Agentliyi

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi;

 

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur


MANŞET XƏBƏRLƏRİ