ABŞ-dan “ölüm-dirim“ oyunu öncəsi İranla bağlı skandal paylaşım

ABŞ-dan “ölüm-dirim“ oyunu öncəsi İranla bağlı skandal paylaşım

ABŞ Futbol Federasiyası özünün sosial şəbəkələrində rezonansa səbəb olan paylaşım edib. 

Turkustan.az xəbər verir ki, qurumun mətbuat xidmətinin dərc etdiyi 2022-ci il dünya çempionatının turnir cədvəlinin şəklindəki İran bayrağında İslam Respublikasının dövlət gerbi təsvir olunmayıb.

"The Guardian" qəzetinin yazdığına görə, bu paylaşım etiraza səbəb olub. Bundan sonra ABŞ Futbol Federasiyası (AFF) qalmaqallı fotonu sosial şəbəkədən silib. Daha sonra AFF-nin mətbuat ofisi izah edib ki, sosial şəbəkələrdə bayrağın bu formada paylaşılması  İranda insan hüquqları uğrunda mübarizə aparan qadınlara dəstək məqsədi güdüb.

Məluamata görə, İran tərəfi bu paylaşıma görə ABŞ-ın 10 oyun beynəlxalq matçlardan kənarlaşdırılmasını tələb edib.

Qeyd edək ki, ABŞ-la İran DÇ-2022-nin eyni qrupunda yer alır. Bu komandalar qrupda sonuncu turda - noyabrın 29-da üz-üzə gələcəklər. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlalanacaq. 

Qeyd edək ki, 2 turdan sonra İran 3 xalla 2-ci, ABŞ 2 xalla 3-cü yeri tutur. Lider İngiltərənin 4, sonuncu pillədəki Uelsin 1 xalı var. İngiltərə - Uels matçının nəticəsindən asılı olaraq, İranı 1 xal da qane edə bilər. ABŞ isə 1/8 finala yüksəlmək üçün mütləq qələbə qazanmalıdır. 

Xatırladaq ki, son vaxtlar İranda dövlət quruluşuna qarşı etiraz aksiyaları keçirilir. Artıq ikinci aydır ki, Məhsa Əmininin öldürülməsindən sonra ölkədə iğtişaşlar, mitinqlər və toqquşmalar baş verir./Qol.az  


MANŞET XƏBƏRLƏRİ