İlk tarixi serialımızla bağlı QALMAQAL – Aktyora "Allahu Əkbər" dedirdiblər, amma...


Azərbaycanın ilk tarixi serialı "Atabəylər: Şəmsəddin Eldəniz" serialının tizeri yayımlandıqdan dərhal sonra aktyor, kaskadyor, Alp Ərən – Qədim Türk Mədəniyyət mərkəzinin rəhbəri Sain Fərhad "Facebook" hesabında ona qarşı edilən haqsızlığa narazılığını bildirib.

Turkustan.az xəbər verir ki, aktyor qeyd edib ki, ilk dəfə bu ideyanı özləri təklif edib, lakin büdcə ayrılandan sonra isə digərlərinə verilib. Haqqımıza giriblər.

"Atabəylər haqqında bədii televiziya filminin treyler təqdimatı oldu. Bu filmin ərsəyə gəlməsi üçün bir il konsultasiyalarımızla dəstək olduq, vaxt ayırdıq, enerji sərf etdik, poster hazırladıq, nazirliyə və digər qurumlara təqdim olunacaq materialları hazırladıq, məsləhətlər verdik, komanda gətirdik. Bizə sözdən və boş vədlərdən başqa heç nə vermədilər. Amma bir az irəliləyiş olan kimi, filmin treyleri üçün büdcə ayrılanda, bizə yox, başqasına gördürdülər işi. Baş aktyora "Allahu Əkbər" sözlərini dedirdiblər, amma özlərinin Allahdan heç qorxuları yoxdur. İman dildə olmur, qəlbdə olur! Yolları açıq olsun! Bu məsələni Allahın öhdəsinə buraxıram! Allah daha ədalətlidir!", - deyə Sain Fərhad qeyd edib.

(publika.az)


MANŞET XƏBƏRLƏRİ