İlham Əliyev bu şəxsləri TƏLTİF ETDİ


Lənkəran Dövlət Universitetinin (LDU) əməkdaşları təltif edilib.

Turkustan.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, LDU-nun 30 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə universitetin aşağıdakı əməkdaşlarına "Əməkdar müəllim" fəxri adı verilib:

Ağazadə Yədulla Bəbir oğlu

Əzizov Sənan Qərib oğlu.

Bundan əlavə, dövlət başçısının digər sərəncamı ilə LDU-nun 30 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə universitetinin aşağıdakı əməkdaşları "Tərəqqi" medalı ilə təltif ediliblər:

Ağayeva Məlahət Əli qızı

Mahmudov Kamal Fətulla oğlu

Şahqubadbəyli Ənvər Xandadaş oğlu.


MANŞET XƏBƏRLƏRİ