Azay Quliyevdən ATƏT PA-da ermənilərə tutarlı cavab:"Ermənistan vaxtında cəzalansaydı, Ukrayna faciəsi yaşanmazdı"


"Azərbaycan heç vaxt Ermənistana hücum etməyib, onun ərazilərini işğal etməyib. Bu, Ermənistan hakimiyyətinin sülh prosesini pozmaq, ölkəmi şantaj etmək üçün apardığı həqiqətə uyğun olmayan və uydurma təbliğatdır".

Turkustan.azxəbər verir ki, ATƏT PA-nın Varşavada keçirilən payız Sessiyasında Ermənistanın nümayəndə heyətinin rəhbəri Eduard Ağacanyanın ölkəmizə qarşı əsassız ittihamlarına Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev tutarlı cavab verib: " Hörmətli həmkarlar, mən Ermənistan nümayəndə heyətinin əsassız və məsuliyyətsiz ittihamlarına cavab vermək istərdim. Birinci, bu ilin 12-14 Azərbaycan heç kimin ərazisini işğal etməyib, sadəcə Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün təsirli cavab tədbirləri görüb, bizə təhlükə yaradan atəş nöqtələrini zərərsizləşdirib. Azərbaycan bu kimi hərbi toqquşmalarda maraqlı deyil və heç vaxt olmayıb. Çünki hərbi toqquşmanın baş verdiyi ərazilərə yaxın yerlərdə Azərbaycan çox böyük yenidənqurma və tikinti layihələri həyata keçirir, bu baxımdan bizim həmin layihələri risk altına atmağımız məntiqli deyil. İkinci, 30 il ölkəmizin 1/5 ni işğal edən, etnik təmizləmə, insanlıq əleyhinə və müharibə cinayətləri törətmiş Ermənistanın Azərbaycanı agressiyada ittiham etməsi siyasi riyakarlıqdan başqa bir şey deyil. Bundan başqa, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanati kobud şəkildə pozan Ermənistan Laçın yolundan sui-istifadə edir, sülh məramlılıların müşayiəti ilə Qarabağ iqtisadi zonasına qanunsuz silah daşıyır. Hörmətli həmkarlar, sizdən soruşuram, bu qədər cinayət törətmiş Ermənistanın başqasını nədəsə günahlandırmağa mənəvi haqqı varmı? Məncə yox. Ona görə də Ermənistana məsləhət görərdim ki, Azərbaycan haqqında yaydığı yalan və böhtanlara son qoysun, "qurbanlıq kartı" oynamağı dayandırsın. Bu, Ermənistana heç bir fayda gətirməyəcək. Sonda onu demək istərdim ki, əgər ATƏT və digər beynəlxalq təşkilatlar vaxtında Ermənistanı cəzalandırsaydılar, bəkə də ATƏT ərazisində, xüsusilə, Ukraynada indiki faciələr yaşanmazdı".


MANŞET XƏBƏRLƏRİ