DÇ-də futbolçu meydana Rusiya bayrağı ilə çıxdı - FOTO


Noyabrın 24-də dünya çempionatında G qrupunun oyunlarına da start verilib.

Turkustan.az xəbər verir ki, qrupun ilk oyununda Kamerunla İsveçrə üz-üzə gəlib.

İsveçrənin 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada Kamerun yığmasının futbolçusu Qael Onduanın butsları diqqəti çəkib. Onun butslarının üzərində Rusiyanın bayrağı olub. Futbolçu butsların fotosunu teleqram kanalında yayımlayıb.

Xatırladaq ki, Qael həm də Rusiya pasportuna sahibdir. Onun, bu hərəkətə - siyasi mesaj verməyə görə cəzalanmaq ehtimalı da var.

Son qərarı FİFA verəcək.

(publika.az)


MANŞET XƏBƏRLƏRİ