Vardanyan Qarabağa xaricdən "kadrlar" gətirir


Qarabağda rus sülhməramlıların nəzarət etdiyi hissədə "dövlət" elan edən oyuncaq rejimin yeni "naziri" yerli "kadrların" hamısını qovub. Yeniləri ya Ermənistandan, ya da xaricdən gətiriləcəklər.

Turkustan.azMusavat.com-a istinadən xəbər verir ki, bu barədə "Joxovurd" qəzeti məlumat yayıb.

"Qarabağın yeni təyin olunmuş "dövlət naziri" Ruben Vardanyan əsl kadr "talanına" başlayıb. Dünən o, bütün "nazirləri" işdən çıxarıb, yalnız dörd müvəqqəti icra edənləri təyin edib. Hələlik yeni adlar açıqlanmayıb. Qəzetin danışdırdığı Qarabağdan (qondarma rejim-red.) olan həmsöhbətin sözlərinə görə, Vardanyan bu məlumatı ciddi şəkildə məxfi saxlayır. Bu məsələ kiminlə müzakirə edilir, yoxsa özümü qərar verir, bilinmir. O, bu gün Xankəndində qeyri-standart həll yollarına ehtiyac olduğunu daim vurğulayır və bunun üçün uyğun mütəxəssisləri gətirir", - deyə, o bildirib.


MANŞET XƏBƏRLƏRİ