Bakıda 14 yaşlı ana ƏRƏ VERİLİR – 1 yaşlı körpəsi də var...


Bakıda 14 yaşlı qız ərə verilir.

Bu barədə məlumatı Bizim.Media-ya Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə məlumat verib.

Onun sözlərinə görə 14 yaşlı qızın 1 yaşında körpəsi var:

"Azyaşlını valideynləri erkən ərə veriblər. Ötən il isə körpəsi dünyaya gəlib. Xeyli müddətdir ki, qızı boşayıb, körpəsi ilə birgə ata evinə göndəriblər. Valideynləri yenidən 14 yaşlı qızı Xəzər rayonu Türkan qəsəbəsində yaşayan birinə ərə vermək istəyir".

Qeyd edək ki, Daxili İşlər Nazirliyi məsələni nəzarətə götürüb və araşdırma aparılır.

xxx

Bakıda 13 yaşlı qız ərə verilir.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, yeniyetmə Xəzər rayonu Türkan qəsəbəsində yaşayan biri ilə evləndirilir.

Qeyd edilib ki, 13 yaşlı qızın ərə getdiyi adamın bir yaşında övladı var və yeni boşanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə yayılan məlumatla əlaqədar araşdırma aparılır.


MANŞET XƏBƏRLƏRİ