Bananın qiymətində kəskin artım - Səbəb nədir?


Azərbaycanda bananın qiyməti artıb.

Turkustan.azxəbər verir ki, 2021-ci ilin sonunda 2-2.10 manata qədər bahalaşan bananın qiyməti bu ilin yanvar ayında 2.70 manata qalxmışdı. Bugündən isə bir çox meyvə-tərəvəz satışı mərkəzində bananın kilosu 3 manata satılır.

Satıcılar artımı topdansatış mərkəzlərinin qiyməti qaldırması ilə izah edirlər.

""Meyvəli"də qiyməti qaldırıblar. Biz baha alırıq. 3 manata satanda bizə kilosunda 20 qəpik qazanc olur", - deyə satıcılardan biri bildirib. /bakupost.az/


MANŞET XƏBƏRLƏRİ