Yeni müharibə başlayır? - Kritik QƏRAR VERİLDİ


Kosovo ilə Serbiya arasında avqustun əvvəlində bir gecədə başlayan avtomobil nömrə böhranı aradan qaldırılıb. Buna görə hər iki tərəf də nömrələrlə bağlı yeni tətbiqlərə gedəcək.

Turkustan.azxəbər verir ki, Serbiya ilə Kosovo arasında avqustun əvvəlindən bir gecədə qəfildən yaranan gərginlik dünya gündəmini və "Yeni müharibə qapıdadırmı?" sualını zəbt edib. Avtomobil nömrələrinin yaratdığı böhranla bağlı hər iki ölkənin hökumətlərində addım atılıb.

Tərəflər davam edən gərginliyi azaltmaq və münasibətləri normallaşdırmaq üçün kompromis əldə etmək qərarına gəliblər.

Borrell bəyan edib ki, Kosovo və Serbiyanın baş müzakirəçiləri Aİ-nin vasitəçiliyi ilə apardıqları danışıqlar nəticəsində "gərginliyin daha da artmasının qarşısını almaq və əlaqələrin normallaşdırılması təklifi üzərində cəmləşmək" barədə razılığa gəliblər.

Josep Borrell-in sözlərinə görə, Serbiya Kosovo şəhərlərini simvolizə edən dövlət nömrə nişanlarının verilməsini dayandıracaq, Kosovo isə avtomobillərə lisenziya verilməsini yenidən dayandıracaq.

Serbiya Kosovoda serblər üçün maşın nömrələri çap edirdi. Kosovo hökuməti cümə axşamından etibarən Serbiya tərəfindən verilmiş nömrələrdən istifadə edən sürücüləri cərimələməyi planlaşdırırdı. Belə lövhələrdən istifadə edənlərin sayının 10 min civarında olduğu təxmin edilir.

Hazırladı: Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ