Xamneyinin bacısı qızı HƏBS EDİLDİ


İranın ali dini rəhbəri Əli Xamneyinin bacısı qızı, hüquq müdafiəçisi Fəridə Muradxani həbs edilib.

Turkustan.az-ın "Mouze" teleqram kanalına istinadən məlumatına görə, siyasi fəalın qardaşı Mahmud Muradxani bu barədə "tweet" yazıb.

O bildirib ki, bacısı noyabrın 23-də məhkəmə qərarını ona çatdırmaq üçün prokurorluğa gedərkən tutularaq həbsxanaya aparılıb.

Qeyd edək ki, vətəndaş cəmiyyəti fəalı olan xanım Muradxani bu il yanvarın 13-də Tehranda evinə qayıdarkən ETTELAAT Nazirliyi tərəfindən həbs edilmişdi və may ayında 10 milyard tümən girov qarşılığında və istintaq müddəti başa çatanadək Tehran vilayətini tərk etmək məhdudiyyəti ilə müvəqqəti azadlığa buraxılmışdı.

Fəridə Muradxani həbsindən bir neçə ay əvvəl məhbuslara dəstək kampaniyasına start vermişdi.

2018-ci ilin iyununda da o, Sənəndəc şəhərinə getdikdən və İslam Respublikasına qarşı fəaliyyətə görə edam edilən siyasi məhbus Ramin Hüseyn Pənahinin ailəsi ilə görüşdükdən sonra həbs edilmişdi.
(lent.az)


MANŞET XƏBƏRLƏRİ