SON XƏBƏR: Putin İrəvanda Azərbaycan-Ermənistan sülh müqaviləsi haqda YENİ MESAJLAR verdi


"Sərhədin delimitasiyası, nəqliyyat və humanitar məsələlərlə bağlı qərarlar Bakı və İrəvana sülh müqaviləsi bağlamağa imkan verəcək".

Bu sözləri Rusiya Prezidenti Vladimir Putin İrəvanda keçirilən KTMT sammitində bildirib.

Putin Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderlərinin oktyabrın sonunda Soçidə baş tutan sammitini müsbət qiymətləndirib, həmçinin qeyd edib ki, aparılan danışıqlar prinsipial məsələlər üzrə gələcək kompromislər üçün yaxşı zəmin yaradıb. Prezident bildirib ki, birgə bəyanatda 2020 və 2021-ci illərdə əldə edilmiş yüksək səviyyəli üçtərəfli sazişlərə sadiqlik bir daha təsdiqlənib. O vurğulayıb ki, yalnız sərhədlərin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması, humanitar problemlərin həlli ilə bağlı bu sazişlərin ardıcıl icrası ölkələr arasında münasibətlərin normallaşmasına kömək edəcək.

"Yalnız sərhədlərin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması və humanitar problemlərin həlli ilə bağlı əldə olunmuş razılaşmaları ardıcıl olaraq yerinə yetirməklə biz Ermənistanla Azərbaycan arasında münasibətlərin dayanıqlı normallaşmasına nail ola bilərik. Ümid edirik ki, bu, yekunda İrəvanla Bakı arasında sülh müqaviləsinin bağlanmasına imkan verəcək", - deyə Putin vurğulayıb.


MANŞET XƏBƏRLƏRİ