İki qitə birləşdirilir: Bu tarixdə işlər bitəcək


Mərakeş və İspaniya hökumətləri Afrika və Avropanı Cəbəllütariq boğazı vasitəsilə birləşdirəcək tunel layihəsinin işə salınması üçün addımların sürətləndirilməsi üçün işə başlayıb.

Turkustan.az "Star" qəzetinə istinadla xəbər verir ki, İspaniyanın SECEGSA şirkətinin rəsmilərinin fikrincə, Afrika ilə Avropa arasında 27,7 km-i dənizin altında, 11 km-i quruda olacaq 42 km tunel layihəsinin 2030-2040-cı illər arasında istifadəyə verilə biləcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, Afrika və Avropa qitələrini dənizin altında birləşdirəcək layihənin tarixi 1979-cu ildən başlayır. Bu layihə 1979-cu ilin iyununda İspaniyanın keçmiş kralı I Xuan Karlos ilə Mərakeşin keçmiş kralı II əl-Həsən arasında keçirilən görüşdə müzakirə olunub.
Rabat və Madrid hökumətləri 8 noyabr 1979-cu ildə Cəbəllütariq boğazında həyata keçiriləcək qitələrarası tunel layihəsinin texniki-iqtisadi əsaslandırmalarının hüquqi infrastrukturunu yaradacaq əməkdaşlıq sazişi imzalayıb.

İki ölkə arasındakı razılaşmaya uyğun olaraq, İspaniyada texniki-iqtisadi əsaslandırmaları əlaqələndirmək üçün SECEGSA şirkəti, Mərakeşdə isə Gibraltar Strait Research National Company (SNED) yaradılıb. /olke.az/


MANŞET XƏBƏRLƏRİ