Koronavirus peyvəndi uşaq ölümlərini ARTIRDI


Koronavirusa qarşı hazırlanmış peyvəndlərin uşaqlara tətbiqi gözlənilməz nəticələr verib.

Turkustan.az xəbər ki, Avropa ölkələrində ölüm statistikasını dərc edən EuroMOMO-nun açıqladığı məlumatlara görə, koronavirusa qarşı mRNT peyvəndi vurulmuş 0-14 yaş arası uşaqların ölüm nisbətlərində ciddi artım müşahidə olunub.

Avropada ölümləri və onların səbəblərini izləmək səlahiyyətinə malik olan EuroMOMO -nun yaydığı məlumatlar göstərir ki, 0-14 yaş arası uşaq ölümləri koronovirus peyvəndlərindən sonra 552 % artıb.

Avropa Dərman Agentliyi 28 May 2021-ci ildə 12-15 yaşlı uşaqlara Covid-19 mRNT peyvəndlərinin tətbiqi üçün təcili istifadə icazəsi verib. 6 ay sonra fövqəladə istifadə icazəsi 5-11 yaşlı uşaqları əhatə edəcək şəkildə uzadılıb. Peyvənd kampaniyasına qədər uşaq ölümləri əvvəlki illərlə mütənasib olaraq normal şəkildə gedirdi. Lakin koronavirus vaksinlərindən sonra uşaq ölümləri birdən-birə artmağa başlayıb.

Peyvəndin tətbiqinə icazə verildiyi 2021-ci ilin mayından dekabrın sonuna kimi qəfildən 8,5 dəfə artan uşaq ölümləri 2022-ci ildə normadan 4,4 dəfə çox olub. Başqa sözlə, son 18 ayda uşaq ölümünün orta hesabla artımı 552 faiz təşkil edib.

Uşaq ölümlərinin birdən-birə artmağa başladığı tarix 2021-ci ilin may ayına təsadüf edir. Rəqəmlərin tamamilə təsadüf olduğunu iddia edənlər üçün EuroMOMO maydan dekabr ayına qədər olan dövrü əhatə edən 22-52 həftəlik dövrü əvvəlki illərlə müqayisə edib. Nəticə son 4 illə müqayisədə fəlakətli olub. Uşaq ölümü göstəriciləri əvvəlki illərlə müqayisədə dəfələrlə çoxdur. Bu həftələr arasında orta hesabla 89,5 olan uşaq ölümü 2021-ci ildə birdən-birə 848-ə yüksəlib. 2022-ci ildə 0-14 yaşlı uşaq ölümləri də dramatik olub: 929 nəfər.

2017-2020-ci illərdə orta hesabla 272 olan 0-14 yaşlı uşaq ölümü 2021-2022-ci illərdə birdən-birə 1777-yə yüksəlib. Bir çox insanlar ölüm hallarının artmasının koronavirusa qarşı hazırlanmış peyvəndlərin yan təsirləri ilə əlaqələndirirlər. Bununla belə, peyvəndlərin nəticələri ilə bağlı daha çox araşdırmaya ehtiyac var. /konkret.az/


MANŞET XƏBƏRLƏRİ