"Qərbin hədəfi bəllidir, İranda rejim dəyişdirləcək" – Güney Azərbaycanla bağlı plan nədir?


"İranda davam edən etiraz aksiyalarının növbəti mərhələdə silahlı qarşıdurmaya keçəcəyi istisna deyil".

Turkustan.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə bildirib. Ekpsert İran xüsusunda İsrail və ABŞ arasında qızğın müzakirələrin getdiyini deyib:

"Tehran rejimi davam edən etiraz aksiyalarının qarşısını almaq üçün güc tətbiq etsə də, bunun müsbət nəticə verəcəyi gözlənilmir. İranda rejimin dəyişdirilməsi yeni geosiyasi nizamın tələbidir. Rusiyanın Ukraynada zəiflədilməsi və beynəlxalq güc iddialarından geri çəkilməsinə məcbur edilməsi strateji planın tərkib hissəsidir. İran Yaxın Şərqdə sabitsizliyin davam etməsində, regionda proiksi müharibənin aparılmasının bədəlini ödəyəcək. İsrail, ABŞ və Böyük Britaniya İran daxilində etirazların silahlı qarşıdurmaya çevrilməsi və nəticədə rejimin devrilməsi istiqamətində proseslərə dəstək verəcək. İrana qarşı preventiv hərbi zərbələr mümkündür. İsrailin İranın hərbi obyektlərinə qarşı hava əməliyyatları keçirməsi üçün ilk növbədə ABŞ-ın razılığı lazımdır. İsraillə ABŞ arasında intensiv danışıqlar gedir".

Politoloq İranın bir sıra ölkələrin, o cümlədən Əfqanıstanın hədəfində olduğunu vurğulayıb:

"İran artıq Qərbin hədəfindədir və rejimin dəyişdirilməsi bir nömrəli strateji prioritetdir. Əgər İran daxilində silahlı qarşıdurma və bu ölkəyə qarşı hava əməliyyatları reallaşarsa, Güney Azərbaycanla bağlı planımız olmalıdır. Qərb İranın parçalanmasına deyil, rejimin devrilməsinə hədəflənib. İranın federallaşdırılması da planda yer alır. Burada Güney Azərbaycan üçün müsbət hallar və risklər dəyərləndirilməli, ona uyğun olaraq vəziyyət idarə edilməlidir. Növbəti ildən İran açıq hədəfdə olacaq. İsraillə Azərbaycan arasında hərbi müstəvidə ciddi yaxınlaşma var. Çünki İran Azərbaycanı hədəf seçib. Ona görə də müdafiə imkanlarımızı yüksək səviyyədə saxlanılmalıdır. İran daxilində kürd və belluclar vasitəsilə silahlı qarşıdurmaya gedilə bilər. Hətta Taliban Əfqanıstanının İranın sərhədləri daxilinə hücumu mümkündür". (sfera.az)


MANŞET XƏBƏRLƏRİ