Himni oxumamağın cəzası: Hökumətə etiraz edən futbolçular həbs olunacaq


İranın futbol üzrə milli komandasının futbolçuları Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsinin 1-ci turunda İngiltərə yığması ilə oyundan öncə dövlət himnini oxumadıqlarına görə xoşagəlməz nəticələrlə üzləşə bilər.

Bu barədəTurkustan.azxarici mətbuata istinadən xəbər verir.

Belə ki, futbolçular küçə etirazlarını qəddarlıqla yatıran ölkə hakimiyyətinin hərəkətlərinə etiraz əlaməti olaraq himni oxumaqdan imtina ediblər.

Məlumata görə, İran milli komandasının oyunçuları və onların ailə üzvləri cinayət işlərinə cəlb edilə bilərlər. Qeyd edilir ki, oyunçular evə qayıtdıqdan sonra həbs olunacaqlar.

Xatırladaq ki, qarşılaşma İngiltərə yığmasının 6:2 hesablı qələbəsi ilə başa çatıb. İngiltərə yığmasının heyətində Jud Bellinqem, Bukayo Saka, Rahim Sterlinq, Markus Reşford və Cek Qriliş fərqləniblər. İran millisinin heyətində Mehdi Taremi dubl edib. /Report/


MANŞET XƏBƏRLƏRİ