Azərbaycanın bu rayonlarında qiymətlər KƏSKİN BAHALAŞDI - SİYAHI

Bu il Azərbaycanda yüksək inflyasiyanın müşahidə edildiyi hamıya məlumdur.

Turkustan.az xəbər verir ki, bu faktı rəsmi statistika da təsdiqləyir. Rəsmi statistikaya əsasən, ölkəmizdə 2022-ci ilin yanvar-oktyabr ayları ərzində orta inflyasiya 13,7 faiz olub. Bu göstərici ərzaq mallarında 19,4 faiz, qeyri-ərzaq mallarında 7,9 faiz, pullu xidmətlərdə isə 10,4 faiz təşkil edib. Ölkə üzrə inflyasiya səviyyəsi 13,7 faiz olsa da, bəzi rayon və şəhərlərdə qiymətlərin daha çox artması müşahidə edilib. Elə yaşayış yerləri olub ki, burada bahalaşma hətta 20 faizi ötüb.

Bəs Azərbaycanda bu il ən yüksək qiymət artımı hansı rayon və şəhərlərdə qeydə alınıb?

Rəsmi məlumatlar əsasında apardığımız araşdırma göstərir ki, ölkəmizdə ən yüksək inflyasiya Qax rayonunda qeydə alınıb. Bu rayonda orta illik bahalaşma 25,1 faiz təşkil edib. Böyük bahalaşmanın müşahidə edildiyi digər rayon Masallı olub. Burada qiymətlər orta hesabla 22,3 faiz artıb. Adıçəkilən rayonlardan başqa yüksək qiymət artımları Xaçmaz rayonunda (19,3 faiz), Ağstafa rayonunda (18,6 faiz), Tərtər rayonunda (18,3 faiz) da qeydə alınıb.

Məhsul qrupları üzrə götürdükdə ərzaq mallarında daha böyük bahalaşmanın olduğu görünür. Ərzaq məhsulları üzrə ən böyük bahalaşma da Qaxda olub. Bu rayonda ərzaq malları 29,6 faiz bahalaşıb. Bu rayonlardan başqa qida məhsullarında bahalaşma Ucar rayonunda 27,8 faiz, Tovuz rayonunda 26,7 faiz, Ağstafa rayonunda 26,1 faiz, Yevlax rayonunda 25,4 faiz, Tərtər rayonunda 25,2 faiz, Ağdam rayonunda 25,1 faiz, Xaçmaz rayonunda 24,9 faiz, Şəmkir rayonunda 24,6 faiz olub. Azərbaycanda qeyri-ərzaq mallarında qiymət artımları əsasən təkrəqəmlidir. Amma bəzi rayonlarda bahalaşma ikirəqəmli olmaqla ölkə üzrə orta göstəricidən kəskin fərqlənib.

Bu il Azərbaycanda yüksək inflyasiyanın müşahidə edildiyi hamıya məlumdur.

Sfera.az xəbər verir ki, bu faktı rəsmi statistika da təsdiqləyir. Rəsmi statistikaya əsasən, ölkəmizdə 2022-ci ilin yanvar-oktyabr ayları ərzində orta inflyasiya 13,7 faiz olub. Bu göstərici ərzaq mallarında 19,4 faiz, qeyri-ərzaq mallarında 7,9 faiz, pullu xidmətlərdə isə 10,4 faiz təşkil edib. Ölkə üzrə inflyasiya səviyyəsi 13,7 faiz olsa da, bəzi rayon və şəhərlərdə qiymətlərin daha çox artması müşahidə edilib. Elə yaşayış yerləri olub ki, burada bahalaşma hətta 20 faizi ötüb.

Bəs Azərbaycanda bu il ən yüksək qiymət artımı hansı rayon və şəhərlərdə qeydə alınıb?

Rəsmi məlumatlar əsasında apardığımız araşdırma göstərir ki, ölkəmizdə ən yüksək inflyasiya Qax rayonunda qeydə alınıb. Bu rayonda orta illik bahalaşma 25,1 faiz təşkil edib. Böyük bahalaşmanın müşahidə edildiyi digər rayon Masallı olub. Burada qiymətlər orta hesabla 22,3 faiz artıb. Adıçəkilən rayonlardan başqa yüksək qiymət artımları Xaçmaz rayonunda (19,3 faiz), Ağstafa rayonunda (18,6 faiz), Tərtər rayonunda (18,3 faiz) da qeydə alınıb.

Məhsul qrupları üzrə götürdükdə ərzaq mallarında daha böyük bahalaşmanın olduğu görünür. Ərzaq məhsulları üzrə ən böyük bahalaşma da Qaxda olub. Bu rayonda ərzaq malları 29,6 faiz bahalaşıb. Bu rayonlardan başqa qida məhsullarında bahalaşma Ucar rayonunda 27,8 faiz, Tovuz rayonunda 26,7 faiz, Ağstafa rayonunda 26,1 faiz, Yevlax rayonunda 25,4 faiz, Tərtər rayonunda 25,2 faiz, Ağdam rayonunda 25,1 faiz, Xaçmaz rayonunda 24,9 faiz, Şəmkir rayonunda 24,6 faiz olub. Azərbaycanda qeyri-ərzaq mallarında qiymət artımları əsasən təkrəqəmlidir. Amma bəzi rayonlarda bahalaşma ikirəqəmli olmaqla ölkə üzrə orta göstəricidən kəskin fərqlənib.

Qeyri-ərzaq malları Qax rayonunda 19,2 faiz, Masallı rayonunda 15,8 faiz artıb. Pullu xidmətlərdə də daha yüksək qiymət artımları Masallı və Qax rayonunda baş verib. Masallıda xidmətlərin dəyəri 24,9 faiz, Qaxda 23,5 faiz artıb. Bu rayonlardan başqa pullu xidmətlərdə bahalaşma Xaçmaz rayonunda 18,7 faizə, Qobustan rayonunda 18,1 faizə yüksəlib. Qiymət müşahidəsi göstərir ki, bu il bahalaşma sadəcə ölkə üzrə orta göstəricidə deyil, həm də ayrı-ayrı rayonlar üzrə yüksək olub.

Burada diqqəti cəlb edən əsas fakt isə daha yüksək qiymət artımlarının sərhəd bölgələrində baş verməsidir. Sərhəd bölgələrdə qiymət artımlarının fərqlənməsini quru sərhədlərin bağlanması ilə əlaqələndirmək olar. Adətən quru sərhədlər açıq olduqda bura yaxın rayonlarda qiymətlərin daha əlverişli olması müşahidə edilir. Sərhədlərin bağlı olması bölgə rayonlarında bir il əvvəllə müqayisədə qiymətlərin xeyli artmasına səbəb olub.

Qeyri-ərzaq malları Qax rayonunda 19,2 faiz, Masallı rayonunda 15,8 faiz artıb. Pullu xidmətlərdə də daha yüksək qiymət artımları Masallı və Qax rayonunda baş verib. Masallıda xidmətlərin dəyəri 24,9 faiz, Qaxda 23,5 faiz artıb. Bu rayonlardan başqa pullu xidmətlərdə bahalaşma Xaçmaz rayonunda 18,7 faizə, Qobustan rayonunda 18,1 faizə yüksəlib. Qiymət müşahidəsi göstərir ki, bu il bahalaşma sadəcə ölkə üzrə orta göstəricidə deyil, həm də ayrı-ayrı rayonlar üzrə yüksək olub.

Burada diqqəti cəlb edən əsas fakt isə daha yüksək qiymət artımlarının sərhəd bölgələrində baş verməsidir. Sərhəd bölgələrdə qiymət artımlarının fərqlənməsini quru sərhədlərin bağlanması ilə əlaqələndirmək olar. Adətən quru sərhədlər açıq olduqda bura yaxın rayonlarda qiymətlərin daha əlverişli olması müşahidə edilir. Sərhədlərin bağlı olması bölgə rayonlarında bir il əvvəllə müqayisədə qiymətlərin xeyli artmasına səbəb olub.   /Sfera.az/

MANŞET XƏBƏRLƏRİ