Yük maşınının üzərində rəqs edən şəxs əvvəlcə körpüyə, sonra isə... İNANILMAZ OLAY - VİDEO


ABŞ-da yük maşınına minən şəxsin rəqsi fəlakətlə bitib. Körpüyə dəyən adam təhlükəli oyununu bitirmədiyi üçün dünyasını dəyişib. Ayağa qalxaraq yenidən rəqs edən şəxs bu dəfə yerüstü keçidə çırpılaraq dünyasını dəyişib.

ABŞ-ın Texas ştatında insanı heyrətə gətirən hadisə baş verib. Magistral yolda hərəkətdə olan yük maşınının üstünə çıxan şəxs rəqs etməyə başlayıb.

Əvvəlcə körpüyə çırpılaraq yük maşınının üzərinə yıxılan şəxs yenidən ayağa qalxaraq rəqsinə davam edib. Bir neçə saniyə sonra başını və boynunu vuran şəxs dünyasını dəyişib.

Yoldan keçən avtomobil sürücüsü tərəfindən lentə alınan görüntülər sosial mediada gündəm olub.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ