Bu görüntülər gündəm oldu: 12 gündür dayanmadan fırlanırlar - VİDEO

Bu görüntülər gündəm oldu: 12 gündür dayanmadan fırlanırlar - VİDEO

Çinin Baotou şəhərində çəkilən bu görüntülər sosial mediada gündəm olub. Fermada çəkilən videoda qoyun sürüsünün 12 gündür dövrə vurduğu görünür.

Turkustan.az xəbər verir ki, bu barədə CCTV telekanalı məlumat yayıb.

Noyabrın 4-də ilk dəfə dövrə vurmağa başlayan heyvanlar hər kəsi təəccübləndirib.

Görüntülər ortaya çıxdıqdan sonra mütəxəssislər bunun bəzi heyvanların oriyentasiyasını itirməsinə səbəb olan bir xəstəlik olduğunu bildiriblər.

Qeyd olunub ki, tibbdə Listerioz kimi tanınan xəstəlik qoyunların qəribə davranmasına səbəb ola bilər.

Bununla belə, sosial şəbəkələrdə hətta hadisəyə mistik qüvvələrin səbəb olduğunu iddia edənlər də olub.


MANŞET XƏBƏRLƏRİ