Azərbaycanda yumurta da BAHALAŞDI

Azərbaycanda yumurta da BAHALAŞDI

Azərbaycanda kənd yumurtasının qiyməti artıb.

Turkustan.az-ın məlumatına görə, bəzi marketlərdə yumurtanın qiyməti 40 qəpik olub.

Saytın əməkdaşının baş çəkdiyi mağazalarda ağ yumurtanın qiymətinin 13-16 qəpik, kənd yumurtasının isə 33-40 qəpik arası olduğunu müşahidə edib.

Bəzi mağazalarda isə sarı broyler yumurtaların satışına rast gəlinmir. 

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli Oxu.Az-a açıqlamasında bildirib ki, kənd yumurtasının qiymətinin artması tələbata görədir:

“Hazırda toyuqların kürt yatma dövrüdür. Bu səbəbdən kənd yumurtasının sayı azaldığına görə market və bazarlarda qiyməti artıb”.

/yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ