Ərdoğandan jurnalistin təxribatçı sualına tutarlı CAVAB: "Sən irqçisən!" - VİDEO


Prezident Ərdoğan İndoneziyada keçirilən G20 Liderlər Zirvəsi çərçivəsində Media Mərkəzində təşkil edilən mətbuat konfransında danışıb. Çıxışından sonra jurnalistlərin suallarını cavablandıran Ərdoğan burada bir jurnalistin "Türkiyə Ege, Suriya və İraqda təcavüzkar siyasət yürüdür" sualına "Sən irqçisən" sözləri ilə reaksiya verib.

Turkustan.azxəbər verir ki, Prezident Ərdoğan İndoneziyanın Bali adasında keçirilən G20 Liderlər Zirvə toplantısından sonra Media Mərkəzində mətbuat konfransı keçirib. Ərdoğan çıxışında sammit zamanı keçirdiyi görüşləri izah edərkən bir jurnalistin verdiyi suala reaksiya verib.

"SƏN FƏRQLİ İRQÇİLİKDƏSƏN"

Ərdoğan jurnalistlə bağlı "Türkiyə Ege, Suriya və İraqda təcavüzkar siyasət yürüdür"; "Amerikada yaşayan türk olduğunuzu dediniz. Buna inanmıram. Fərqli bir irqçilik içindəsiniz. Çünki sualınız bunu tam olaraq ortaya qoyur. İraqın şimalında və Suriyanın cənubunda kürdlərlə heç bir problemimiz yoxdur. Türkiyədəki kürd vətəndaşlarımızla heç bir problemimiz yoxdur. Çünki problemimiz yoxdur" ifadələri ilə reaksiya verib.

Eyni jurnalistin F-16 sualı ilə bağlı sualını cavablandıran Ərdoğan, ABŞ prezidenti Co Baydenin F-16-ya müsbət münasibət bəslədiyini vurğulayaraq, "Onlardan eşitdim ki, keçirdiyim görüşlərdə Respublikaçıların münasibəti müsbət olub".

Hazırladı: Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ