Korona bitmədən yeni kabus: Britaniyada illər sonra yenidən üzə çıxan ölümcül xəstəlik... - FOTO


Qış aylarının yaxınlaşması ilə bütün dünyada koronavirus və qripə yoluxma halları yenidən artır, Böyük Britaniya isə yeni bir epidemiya ilə üz-üzədir. Sonuncu dəfə 19-cu əsrdə müşahidə edilən və uşaq ölümlərinə səbəb olan qırmızı qızdırma xəstəliyinin yenidən gündəmə gəldiyi ölkədə fövqəladə vəziyyət elan edilərkən, xüsusilə 10 yaşından kiçik uşaqlarda xəstəliklə bağlı ictimaiyyətə xəbərdarlıqlar edilib. Xəstəliyin qızdırma, halsızlıq, qarın ağrısı, ürəkbulanma və qusma, boyun tutulması kimi əlamətlər göstərdiyi bildirilir.

Turkustan.azxəbər verir ki, İngiltərədə 19-cu əsrdə görülən və uşaq ölümlərinə səbəb olan xəstəlik yenidən gündəmə gəlib. Mütəxəssislər, xüsusilə 10 yaşdan kiçik uşaqlarda görülən, lakin böyüklərdə də görülə bilən qırmızı qızdırma xəstəliyinin anormal səviyyədə artdığını açıqlayıb.

Bakterial yoluxucu xəstəlik olan skarlatina xüsusilə dil, üz, qoltuqaltı və qasıq nahiyəsində qırmızı ləkələrlə özünü göstərir. Qızdırma, halsızlıq, boğaz ağrısı, qarın ağrısı, ürəkbulanma və qusma, boyun tutulması kimi simptomlarla müşayiət olunan xəstəlik vaxtında müalicə olunmazsa yüksək riskli nəticələrə, hətta ölümə və digər xəstəliklərə səbəb ola bilər.

İngiltərənin Milli Səhiyyə Xidməti (NHS) ictimaiyyəti qırmızı qızdırmaya diqqət yetirməyə çağırıb. Xüsusilə uşaqlı ailələrə xəbərdarlıq edən mütəxəssislər yoluxma sayının normadan xeyli çox olmasına diqqət çəkib.

ƏLAMƏTLƏRİ KORONAVİRÜSƏ OXŞARDIR

Covid qaydalarının aradan qaldırılmasının da hadisələrin sayının sürətlə artmasında təsirli olduğu bildirilib. Mütəxəssislər, xəstəliyin Covid ilə qarışdırıla biləcəyini, çünki simptomların oxşar olduğunu, lakin xəstəliyin hələ də dəri döküntüləri ilə qeyd oluna biləcəyini bildirdi.

ƏN FƏRQLİ SİMPTOM

Xəstəlik adətən qısa müddətdə, yəni bir-iki gün ərzində simptomlar göstərməyə başlayır. Xüsusən də dilin qızarması xəstəliyin ən fərqləndirici əlaməti kimi önə çıxır. Mütəxəssis Doktor Chun Tang, "İngiltərədə bu xəstəlik nadir idi, lakin son illərdə çox artdı. Bu, çox yoluxucu bir xəstəlikdir" dedi.

"ƏLAMƏTLƏRİ OLAN UŞAQLAR KARANTİNƏ ALINMALIDIR"

"Sözcü"də yer alan xəbərə görə, skarlatina xəstəliyinin öskürək və yaxın təmasla keçə biləcəyinə diqqət çəkən həkimlər, uşaqların məktəbə göndərilməməsini və simptomlar müşahidə olunarsa karantinə alınmasını tövsiyə edir.

Korona bitmeden yeni kabus! İngiltere'nin başı yıllar sonra hortlayan ölümcül kızıl hastalığıyla büyük belada

Hazırladı: Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ