İctimai TV-nin "Ozan Məclisi" Kəlbəcərdən yayınlandı - TAM VİDEO


Hər həftənin bazar günü efirə gedən İctimai Televiziyanın "Ozan Məclisi"nin bu dəfəki proqramı fərqli məkandan yayınlanıb.

Turkustan.azxəbər verir ki, "Ozan Məclisi"nin sonuncu buraxılışı 44 günlük savaşın nəticəsində 28 illik işğaldan azad edilmiş Kəlbəcər rayonunda çəkilib.

Proqramın müəllifi, saz-söz sənətinin mahir bilicisi Qorxmaz Tofiqoğlunun təqdimatında efirə gedən buraxılışıda Kəlbəcər rayonundan olan aşıq və şairlər - şair Elşən Əzim, Aşıq Elbrus, Aşıq Əfqan, Aşıq Şöhrət müxtəlif dövrlərdə doğma yurda həsr olunmuş şeirlər, aşıq havaları səsləndiriblər.

İki hissədə çəkilmiş proqramın birinci hissəsi bu gün efirə gedib. İkinci hissə isə oktyabrın 17-də yayımlanacaq.

Birinci hissənin tam videosunu təqdim edirik:


MANŞET XƏBƏRLƏRİ