ÜST:"Pandemiyanın bitməsindən danışmaq tezdir"


"Bəşəriyyət koronavirus infeksiyası ilə mübarizədə yolun yarıdan çoxunu qət edib.

Ancaq buna baxmayaraq, qarşıda yeni gözlənilməz çətinliklər ola bilər, buna görə də COVID-19 pandemiyasının bitmə vaxtı ilə bağlı proqnoz vermək tezdir".

Turkustan.az xəbər verir ki, bu barədə İsveçrənin "SonntagsBlick" qəzetinə müsahibəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş tədqiqatçısı Sumya Svaminatan danışıb.

Söhbət əsnasında nəşrin jurnalistləri pandemiya marafonla müqayisə edilsə, insanlığın hansı mərhələdə olduğunu soruşublar. Sualın cavabında Svaminatan bildirib: "Ümid edirəm ki, tezliklə marşrutun 60 faizini əhatə edəcəyik".

Svaminatan COVID-19 ilə mübarizədəki maneələrə işarə edərək, başqa bir "gözlənilməz dağın aşılmasının" lazım olduğunu da söyləyib.
"Pandemiyanın sonu haqqında danışmaq olmaz, çünki yeni ştamlar yaranır, çox şey əvvəlcədən bilinmir" ,-deyə baş tədqiqatçı xatırladıb.

"Vaksinasiyanın ləng getməsi, bəzi ölkələrdə, məsələn Afrika ölkələrində çox az faiz təşkil etməklə vaksinasiya prosesi ilə nə qədər razılaşsaq, yeni koronavirus ştamlarının yaranma riski bir o qədər çox olar. Bu səbəbdən ÜST, dünyada peyvənd nisbətlərini artırmaq üçün mövcud olan bütün peyvənd dozalarını istifadə etməyə çağırır" ,-deyə o əlavə edib.

Qeyd edək ki, bir müddət əvvəl ÜST rəhbəri Tedros Qebreyesus dünya əhalisinin 70 faizini peyvənd olunması üçün lazım olan dərman miqdarını təxmin etmişdi. O, koronavirus peyvəndlərinin yayılmasındakı balanssızlığın "qlobal fəlakətə" səbəb olduğunu, lakin vəziyyəti düzəltmək üçün hələ də imkan olduğunu vurğulamışdı. /Cebhe. info/


MANŞET XƏBƏRLƏRİ