Bu ölkədə etiraz aksiyaları başladı: Yollar bağlandı... - VİDEO

Bu ölkədə etiraz aksiyaları başladı: Yollar bağlandı... - VİDEO

Fransada yüksək inflyasiyaya qarşı üsyan edən minlərlə insan maaşlarının artırılması tələbi ilə tətilə çıxıb. Etirazlara görə paytaxt Parisdə ictimai nəqliyyat sistemi dayanıb. Şəhərdə polis geniş təhlükəsizlik tədbirləri aldı, bir çox yol bağlanıb.

Turkustan.az xəbər verir ki, müəllimlər, səhiyyə işçiləri və dəmiryol işçiləri tətilə dəstək verərkən, paytaxt Parisdə ictimai nəqliyyat sistemi iflic vəziyyətinə düşüb, bəzi məktəblər bağlanıb. Parisə işə getmək istəyənlər dayanacaq və stansiyalarda uzun növbələr yaradıblar. Paris metrosunda 7 xətt tamamilə bağlandığı halda, 7 xətt yalnız pik saatlarda işləyir.

Körpələr evi işçisi 55 yaşlı Naima Nefzi verdiyi açıqlamada maaşı ilə əsas ehtiyaclarını qarşılaya bilmədiyini və ət və ya pendir kimi müddəti bitmiş qidaları daha ucuz olduğu üçün almaq üçün müraciət etdiyini bildirib.

YOLLAR BAĞALANDI

Polisin geniş təhlükəsizlik tədbirləri gördüyü aksiyalar zamanı bir çox yollar bağlanıb. İnsidentsiz başa çatan nümayişlərdə etirazçılar “Sarı jiletlilər” və “Qara blok” üzvlərinin onlara qarışmasına icazə verməyib.

Hazırladı: Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ