Baş ağrısı ilə xəstəxanaya müraciət edən 95 yaşlı kişi həkimləri heyrətə saldı - FOTOLAR


İkinci Dünya Müharibəsində Çin ordusu adına xidmət edən 95 yaşlı Zhao He baş ağrısı şikayəti ilə getdiyi xəstəxanada rentgen çəkdirib. Nəticələri alan həkimlər gördükləri detala heyran qalıblar. Kişinin boynunda bir güllə tapan həkimlər bu güllənin 70 ildir kişinin boynunda olduğunu müəyyən ediblər.

Turkustan.azTürkiyə mediasına istinadən xəbər verir ki, 95 yaşlı Zhao He adlı kişi 25 yaşında İkinci Dünya Müharibəsinə qatılıb və Çin Ordusunun lehinə döyüşüb. Müharibə zamanı bədəninin bəzi nahiyələrinə güllə alan şəxs bu güllələrin onun bədənindən çıxdığını düşünsə də, həqiqət baş vermədi.

BAŞ AĞRISI İLƏ XƏSTƏXANAYA GEDİB

Uzun müddətdir davam edən baş və boyun ağrısı şikayəti ilə xəstəxanaya müraciət edən Zhao Henin rentgenoqrafiyasına qərar verilib. Sağlamlıq qrupları qısa müddətdə həmin şəxsin rentgenini çəkərək həkimlərə təhvil verib.

Zhao Henin rentgenini yoxlayan həkimlər gördüklərindən dəhşətə gəliblər. Çünki kişinin boynuna sancılmış güllə tapılıb. Həkimlər müəyyən ediblər ki, bu güllə 70 ildir kişinin boynunda olub.

ƏMƏLİYYAT OLMAĞA RAZI OLMADI

Mövzu ilə bağlı açıqlama verən Zhaonun kürəkəni, qayınatasının müharibə zamanı çoxlu güllə aldığını, lakin bundan xəbərsiz olduğunu bildirib. Zhao isə yaşının çox olması səbəbindən riskli hesab edilən əməliyyatı qəbul etməyib və güllənin çıxarılmasını istəməyib. Qoca bu güllə ilə ölmək istədiyini dilə gətirib.

Baş ağrısıyla hastaneye giden 95 yaşındaki adamın röntgeni doktorları hayrete düşürdü

Baş ağrısıyla hastaneye giden 95 yaşındaki adamın röntgeni doktorları hayrete düşürdü

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ