"Türkiyənin Azərbaycana hərbi texnika təchizatda tam dəstəyi davam edir" - Hulusi Akar


"Türkiyənin Azərbaycana hərbi-texniki, təlim-təchizat sahəsində tam dəstəyi davam etdirilir".

Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ankarada Zəfər Bayramına həsr olunmuş "Qardaşlığımızın Zəfəri" adlı tədbirdə çıxışı zamanı bildirib.

"Bizim Rusiya ilə (Ağdamda – red.) müştərək mərkəzimiz fəaliyyət göstərir, biz işimizi gecə-gündüz Azərbaycanlı qardaşlarımızla tam koordinasiyalı şəkildə davam etdiririk. Şuşa bəyannaməsi isə bizim münasibətlərimizdə ən vacib addımlardan biri oldu, ortaq addım və niyyətlərimiz burada yer aldı. Azərbaycan və Türkiyənin Ermənistana uzatdığı sülh əlinin nə qədər vacib olduğunu onlar tərəfindən anlamaları lazımdır", - Akar vurğulayıb.

"Azərbaycan türkünün bizim həyatımızda ayrı yeri var. Bütün fəaliyyətlərimizi qardaşlıq anlayışına uyğun davam etdririk. Bəxtiyar Vahabzadənin dediyi kmi, biz bir ananın iki övladıyıq".

O qeyd edib ki, iki ölkə vətəndaşları heç bir zaman bir millət, iki dövlət olduğumuzu unutmamalıdır.

Nazirin sözlərinə görə, Türkiyə can qardaşlarının haqlı mübarizəsində hər zaman yanında olub və olmağa davam edəcək.

"Ermənistanın azərbaycanlı qardaşlarımızın torpaqlarını işğal etdiyini, bir milyondan çox insanın torpaqlarından didərgin düşməsini, Xocalı soyqırımının törədildiyini
görməyənlər sonradan ortaya çıxıb. Bunlar, həmçinin, ATƏT-in Minsk Qrupu, 30 il ərzində səslərini çıxarmadılar. İndi isə Avropa İttifaqı çərçivəsində, atəşkəsə nəzarət etmək adı ilə buraya gəlirlər. Çox şükür ki, 44 gün davam edən müharibədən sonra Azərbaycan torpaqları azad edildi. Azərbaycan əsgəri torpaqlarını azad edə biləcək gücə sahib olduğunu, türkün gücünü dünyaya göstərdi", - deyə o bildirib.


MANŞET XƏBƏRLƏRİ