Dünya bu iddiadan danışır: ABŞ və Rusiya arasında gizli görüş ifşa oludu


Ukrayna-Rusiya müharibəsi zamanı ABŞ mətbuatı gündəmi sarsıdacaq bir iddia ortaya atmışdı. ABŞ mətbuatı Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın Putinin xarici siyasət üzrə müşaviri Yuri Uşakov və həmkarı Nikolay Potruşevlə görüşdüyünü yazıb. ABŞ rəsmilərinə əsaslanan xəbərdə görüşün məqsədinin nüvə fəlakəti riskini aradan qaldırmaq olduğu bildirilib.

Turkustan.azxəbər verir ki, Rusiya prezidenti Putinin göstərişi ilə başlayan müharibə 8 aydır ki, davam edir. Müharibə davam edərkən ABŞ mətbuatından Wall Street Journal-ın (WSJ) xəbərləri gündəmə bomba kimi düşüb.

RUSİYA VƏ ABŞ GİZLİ GÖRÜNTÜSÜ

Qəzet Ağ Evi yazıb ki, Nümayəndələr Palatasının milli təhlükəsizlik üzrə məsləhətçisi Ceyk Sallivan Putinin xarici siyasət üzrə müşaviri Yuri Uşakov və Nikolay Potruşevllə görüşüb. Sözügedən xəbər adı açıqlanmayan ABŞ rəsmilərinə əsaslanıb.

ABŞ Zelenskiyə təzyiq edir

Digər tərəfdən ABŞ-ın aparıcı qəzetlərindən olan "Washington Post" ABŞ-ın Rusiya ilə görüşməsi üçün Ukraynaya təzyiq etdiyini yazıb. Qəzet yazıb ki, ABŞ Zelenskiyə nüvə müharibəsi qorxusunun artması fonunda Putinlə görüşə qoyulan qadağanı ləğv etmək və müharibəni bitirmək üçün təzyiq edib.

Hazırladı: Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ