87 dəfə evlənən kişi qadınların onu niyə bəyəndiyini açıqladı: HƏR KƏSİ TƏƏCCÜBLƏNDİRDİ


İndoneziyada yaşayan "Playboy King" ləqəbli 61 yaşlı fermer indiyədək 87 dəfə evlənib. Fermerin son hərəkəti hər kəsi təəccübləndirib. 88-ci dəfə evlənməyə hazırlaşan fermer evlənəcəyi şəxsin 86-cı həyat yoldaşı olduğunu bildirib. Fermer güclü mənəvi tərəfinə görə qadınların onu bəyəndiyini söyləyib.

Turkustan.azxəbər verir ki, İndoneziyanın Qərbi Yava əyalətinin Majalengka bölgəsində yaşayan 61 yaşlı fermer Kaan indiyədək 87 dəfə evlənib. Dəfələrlə evli olduğu üçün "Playboy kralı" kimi tanınan adam son hərəkəti ilə hər kəsi heyran qoyub.

88-ci dəfə evlənməyə hazırlaşır

Kaan hazırda 88-ci dəfə evlənməyə hazırlaşır. Fermerin evlənməyə hazırlaşdığı şəxsin 86-cı arvadı olduğunu eşidənlər də şoka düşüb. Kaan keçmiş həyat yoldaşı ilə uzun müddətdir ayrılsa da, aralarındakı möhkəm bağın qırılmadığını bildirib.

"MƏNƏVİ GÜCÜMƏ GÖRƏ MƏNİ BƏYƏNİRLƏR"

Bu günə qədər bir çox qadının evliliyindən bəhs edən Kaan, "Qadınlar məni çox güclü mənəvi tərəfim olduğu üçün bəyənirlər. Uzun müddətdir evli olmasam da, həyəcanımı davam etdirməyimi bəyənirlər" deyib.

87 kez evlenen adam, kadınların neden kendinden hoşlandığını söyleyince ağızları açık bıraktı

Hazırladı: Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ