Bu universitetlər Bakıdan köçürülücək - Ekspert


Ali təhsil müəsissələrinin şəhərdən kənara köçürülməsinin paytaxtda tıxac probleminin həll edilməsində vacib amillərdən biri ola bilər.

Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov universitetlərin paytaxdan köçürülməsi ilə bağlı danışarkən bildirib.

"Paytaxtdan kənara köçürülməyə ehtiyac olan univerisitetlər əsasən Dillər Universiteti, İqtisad Universiteti, Slavyan Universiteti və Pedaqoji Universitetidir. Çünki bu universitetlərin tədris binaları paytaxtın mərkəzində, nəqliyyatın sıx hərəkətdə olduğu yerlərdə yerləşir. Düşünürəm ki, həmin ali məktəblərin Sumqayıt, Abşeron, Saray və Ceyranbatan ərazilərində yerləşdirilməsi daha effektiv olardı. Bu həm də Bakı ərtafı ərazilərin də inkişafına təkan verərdi", - ekspert qeyd edib.

K.Əsədov Türkiyədə universitetlərin çoxunun tələbə şəhərcikləri olduğunu vurğulayıb:

"Tələbə şəhərcikləri tələbələrin təhsili, istirahəti və yaşaması üçün bütün sosial obyektlərlə təmin olunub. Avtomobili olmayan tələbələr isə aylıq ödəniş etməklə, xüsusi avtobuslarla universitetə gedib-gələ bilərlər. Bu da şəhər mərkəzində sıxlığın qarşısını almağa kömək edir".

Ekspert Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə yeni Dövlət Strategiyasında kampusların yaradılmasının nəzərdə tutulduğunu da bildirib:

"Bu o deməkdir ki, yaxın vaxtlarda biz universitetlərin Bakıdan kənara köçürülməsinin şahidi ola bilərik".


MANŞET XƏBƏRLƏRİ