MGT başqanı evlilik həyatına qədəm qoydu


Bu gün Milliyətçi Gənclər Təşkilatının Başqanı İsgəndər Osmanlı ailə həyatı qurur.

Turkustan.az xəbər verir ki, Azərbaycanda Türk Milliyyətçi gəncliyinin Türkçü düşüncə ətrafında birləşməsində önəmli fəaliyyətləri olan İsgəndər bəyin Bakı Əyləncə Mərkəzində təşkil edilmiş toyunda təşkilat üzvləri, əqidə dostları da iştirak edir.

İsgəndər bəyə ürək sözlərini çatdıran üzvləri sevinclərini bu şəkildə ifadə edirlər: "Bu xoş anlarına şahidlik etmək milliyyətçi hərəkətə könül vermiş hər kəsi sevindirir. Her bir Türk toyu Türk dövlətinin, Türk soyunun təməlidir. Bu təməl güclü olarsa millətimiz və dövlətimiz də əbədi olacaqdır".

Toyunuz mübarəkdir İsgəndər bəy. Xoşbəxt olun!

Turkustan.az


MANŞET XƏBƏRLƏRİ