Rusiyadan açıqlama: Türkiyənin dəstəyi ilə...


Rusiya taxıl dəhlizi sazişini dayandırdıqdan sonra bəyanatlar gəlməkdə davam edir. Rusiya Kənd Təsərrüfatı Naziri Dmitri Patruşev, "Türkiyənin dəstəyi ilə kasıb ölkələrə taxıl göndərəcəyik" dedi.

Turkustan.azxəbər verir ki, Ukrayna limanlarından taxıl məhsullarının daşınması ilə bağlı sənəd iyulun 22-də prezident Rəcəb Tayyib Ərdoğanın himayəsi altında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən imzalanıb və saziş qüvvəyə mindikdən sonra, milyonlarla ton taxıl göndərilib.

9,2 MİLYON TONDAN ARTIQ TAXIL KEÇİRİLİB

Türkiyənin Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar "ərzaq böhranı" riskini aradan qaldırmaq üçün yaratdığı "taxıl dəhlizi" ilə 408 gəmi ilə 9,2 milyon tondan çox taxıl daşınıb.

Bu gün Rusiya Müdafiə Nazirliyindən mövzu ilə bağlı sürpriz açıqlama gəlib. Nazirlikdən verilən açıqlamada Rusiyanın Taxıl Dəhlizi Sazişində iştirakını dayandırdığı bildirilib. Rusiya müqavilədən imtina etməsinə səbəb kimi Qara dənizdə rus donanmasına son hücumları göstərib.

PATRUŞEV: 500 MİN TON TAXILI GÖNDƏRMƏYƏ HAZIRIQ

Rusiyanın kənd təsərrüfatı naziri Patruşev Türkiyənin dəstəyi ilə Rusiyanın yaxın 4 ayda yoxsul ölkələrə 500 min ton taxıl göndərməyə hazır olduğunu bildirib.

Rusiyanın TASS xəbər agentliyinin məlumatına görə, Rusiyanın Kənd Təsərrüfatı Naziri Dmitri Patruşev verdiyi açıqlamada, bağlanmış Ukrayna limanlarından taxılın buraxılması üçün BMT-nin razılaşması çərçivəsində ixrac edilən ərzaq məhsullarının yalnız 3%-nin ən kasıb ölkələrə, Qərb ölkələrinin isə payına düşdüyünü bildirib.

Rusiya və Ukrayna iyulun 22-də Türkiyədə BMT-nin dəstəklədiyi Qara Dəniz Taxıl Təşəbbüsünü imzaladıqdan sonra Ukraynadan qarğıdalı, buğda, günəbaxan məhsulları, arpa, kolza və soya ixrac edilir.

Hazırladı: Eltac Zülfüqaroğlu/Turkustan.az

Mənbə: haber7.com


MANŞET XƏBƏRLƏRİ