Bu məktəblərdə noyabrın 7-si dərs olacaq


Məlum olduğu kimi, 7 noyabr iş günü ilə 5 noyabr istirahət gününün yerləri dəyişdirilib. Bununla əlaqədar təhsil müəssisələrində iş günlərində dəyişiklik edilib.

Turkustan.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov məlumat verib.

"Beşgünlük iş həftəsi olan təhsil müəssisələrində 5 noyabr iş günü, 6-9 noyabr isə qeyri-iş günləri hesab edilir.

Altıgünlük iş həftəsi olan təhsil müəssisələrində 5 noyabr iş gününə (istirahət gününə deyil) təsadüf etdiyindən, növbəti həftənin bazar ertəsi – noyabrın 7-si iş günü, 8-9 noyabr isə qeyri-iş günləri hesab edilir. Başqa sözlə desək, 05 və 07 noyabr iş günləridir", - nazirlik rəsmisi qeyd edib. (publika.az)


MANŞET XƏBƏRLƏRİ