Mustafa Kamal Atatürkü ekranda canlandıranlar - Ona ən çox kim bənzəyir?


Mustafa Kamal Atatürk 10 noyabr 1938-ci ildə vəfat edib.

Böyük şəxsiyyətin həm şəxsi həyatı, həm də siyasi fəaliyyəti hər zaman maraq obyekti olub. Onunla bağlı çoxlu sənədli və bədii filmlər çəkilib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkü böyük ekranda canlandıran aktyorları təqdim edir:

"Vida" - ssenari müəllifi və rejissoru Zülfü Livaneli olan film filmdə Mustafa Kamal Atatürk rolunu Sinan Tuzcu canlandırıb.

Tuzcu filmdə qəhrəmanının gəncliyini, uşaqlığını və qocalığını 3 fərqli obraz canlandırıb.

Bartunç Akbaba həmin filmində Atatürkün 14-17 yaşlarını canlandırıb.

1994-cü ildə çəkilmiş "Qurtuluş" filmində Mustafa Kamalı Aktyor Rutkay Əziz canlandırıb.

Reklam filmində Atatürk obrazını uğurla canlandıran ustad aktyor Haluk Bilginer mükəmməl makiyajın köməyi ilə ən təsirli Atatürk portretlərindən birini yaradıb.

Yeni nəsil kinosunun gənc aktyorlarından olan Alican Yücesoy Mustafa Kamalın 27 yaşında ikən 37 yaşlı versiyasını canlandırıb.

"Son Osmanlı Yandım Ali" filmində Atatürk obrazını canlandıran Alican Yücesoy "Dersimiz: Atatürk" filminin ssenari müəllifi Turqut Özakmanın Ataya ən çox bənzətdiyi aktyor oldu.

Bir müddət televiziyada yayımlanan "Kırık Kanatlar" serialında Atatürkü Ali Ülvi Hünkar canlandırıb. 1961-ci il təvəllüdlü aktyor serialda Atatürkün sinəsi açıq obrazını canlandırdığı üçün tənqid atəşinə tutulub.

İlk dəfə göründüyü zaman yerli Leonardo Di Kaprio kimi məşhurlaşan Arda Kural da Atatürk obrazını canlandıran aktyorlardandır. Arda Kural "Emret Komandir" serialında Mustafa Kamal Atatürk obrazını canlandırıb.

Yavuz Sebetçi - "Yol Ayrımı" filmində Atatürk obrazını canlandıran aktyorlardandır.

"Çanaqqala 1915" filmində isə Atatürk rolunu İlker Kızmaz oynayır.

Daha bir TRT istehsalı olan filmdə Mustafa Kamal bəyi Serdar Orçin canlandırıb.

Aktyor Yetkin Dikinciler ssenari və rejissoru Can Dündar olan "Mustafa" filmində Atanı səsləndirib.

"Mustafa" filmi Mustafa Kamal Atatürkü alçaltdığı üçün tənqid edilib. Can Dündar isə Atanın humanitar yönlərini də göstərdiyini söyləyərək tənqidlərə cavab verib.

Ssenarisini Turqut Özakmanın yazdığıAtatürkün həyatından bəhs edən "Dərsimiz: Atatürk"də Atatürk rolu Halit Ergençə həvalə olunub.


MANŞET XƏBƏRLƏRİ